Əlixan Musayev:
Orucluq gecəsi zövcələrinizlə yaxınlıq etmək sizə halal edildi. Onlar sizin üçün bir libas, siz də onlar üçün bir libassınız. Allah bilir ki, siz öz nəfsinizin tələbinə dözə bilmirsiniz (orucluq gecələrində zövcələrinizlə yaxınlıq edirsiniz). Elə buna görə də O, tövbənizi qəbul edib sizi bağışladı. Artıq (bu gündən) onlara yaxınlaşın və Allahın sizin üçün bəyəndiyinə nail olmağa çalışın. Dan yeri söküləndə ağ sap (şəfəq) qara sapdan (gecənin qaranlığından) seçilənə qədər yeyin-için. Sonra gecəyədək orucunuzu tamamlayın. Məscidlərdə etikafda olduğunuz zaman onlarla yaxınlıq etməyin. Bunlar Allahın sərhədləridir, onlara yaxınlaşmayın! Allah Öz ayələrini insanlara belə bəyan edir ki, bəlkə (Ondan) qorxalar.
Bünyadov-Məmmədəliyev:
Oruc gecəsi qadınlarınıza yaxınlaşmaq sizə halal edildi. Onlar sizin, siz də onların libasısınız. (Bir-birinizə həddindən artıq yaxınsınız). Allah sizin özünüzə pislik (xəyanət) etdiyinizi (yaxud nəfsinizə qarşı zəiflik göstərəcəyinizi) bilib tövbələrinizi qəbul edərək sizi bağışladı; artıq siz onlara yaxınlaşın, Allahın sizə halal etdiyini onlardan istəyin; sübh açılınca, ağ sap qara sapdan fərqlənincəyə qədər yeyib için; sonra gecəyə qədər orucunuzu tamamlayın; məscidlərdə ibadətdə (etikafda) olduğunuz zaman onlarla (qadınlarınızla) yaxınlıq etməyin. Bunlar (bu hökmlər) Allahın hədləridir, bunları aşmayın! Allah (insanlara) hökmlərini bu cür bildirir ki, bəlkə, müttəqi olsunlar!
Elmir Quliyev
:
Вам дозволено вступать в близость с вашими женами в ночь поста. Ваши жены — одеяние для вас, а вы — одеяние для них. Аллах знает, что вы предаете самих себя (ослушаетесь Аллаха и вступаете в половую близость с женами по ночам во время поста в рамадане), и поэтому Он принял ваши покаяния и простил вас. Отныне вступайте с ними в близость и стремитесь к тому, что предписал вам Аллах. Ешьте и пейте, пока вы не сможете отличить белую нитку рассвета от черной , а затем поститесь до ночи. Не вступайте с ними в близость, когда вы пребываете в мечетях. Таковы ограничения Аллаха. Не приближайтесь к ним. Так Аллах разъясняет Свои знамения людям, — быть может, они устрашатся.
Ələddin Sultanov:
Oruc gecəsi qadınlarınıza yaxınlaşmaq sizə halal edildi. Onlar sizin libasınız, siz də onların libasısınız. Allah bilir ki, siz özünüzə pislik edirdiniz. Beləcə, O, tövbələrinizi qəbul edərək sizi bağışladı. İndi onlara yaxınlaşın və Allahın sizin üçün yazdığını istəyin! Dan yeri söküləndə ağ sap (aydınlıq) qara sapdan (qaranlıqdan) seçilənə qədər yeyin-için! Sonra gecəyə qədər orucunuzu tamamlayın! Məscidlərdə etikafda (ibadətdə) olduğunuz vaxt onlarla (qadınlarınızla) yaxınlıq etməyin! Bunlar Allahın hüdudlarıdır. Onlara yaxınlaşmayın! Allah insanlara ayələrini belə izah edir ki, bəlkə günahlardan çəkinələr.
Kerbelayi Malik ağa:
Oruc gecəsi qadınlarınıza yaxınlaşmanız sizə halal qılındı. Onlar sizin, siz də onların libasısınız. Allah sizin nəfslərinizə xəyanət etdiyinizi bildi. Bunun üzərinə tövbələrinizi qəbul etdi və sizi bağışladı. İndi artıq onlara (zövcələrinizə) yaxınlaşın və Allahın sizin üçün yazdığı (təqdir etdiyi) şeyləri istəyin. Fəcr vaxtında ağ ip qara ipdən seçilənə qədər yeyin-için. Sonra orucu gecəyə qədər tamamlayın. Məscidlərdə etikafdasınızsa, onlarla (qadınlarınızla) yaxınlıq etməyin. Bu Allahın hüdududur (yasaqlarıdır). Artıq ona (yasaqlara) yaxınlaşmayın. Allah ayələrini insanlara belə açıqlayır. Ümid edilər ki, beləcə onlar təqva sahibi olarlar.
Ələsgər Musayev:
Halaldır sizin üçün oruc gecəsi yaxınlıq tərəfinə
qadınlarınızın Onlar libasdır sizin üçün və siz də libas onlar
üçün. Bildi Allah ki, həqiqətən siz oldunuz xətalı nəfsinizə və
qayıtdı üzərinizə sizin və əfv etdi sizdən. Indi yaxınlıq edin
onlarla və axtarın nə yazıb Allah sizin üçün. Yeyin və için, ta
bəyan olsun sizin üçün ağ xətt qara xətdən fəcrdə. Sonra
tamamlayın orucu tərəfinə gecənin. Yaxınlıq etməyin onlarla
və siz akifunsuz məscidlərdə. Bu, hüdududur Allahın və
yaxınlaşmayın ona! Belə bəyan edir Allah ayətlərini insanlar
üçün ola ki, onlar təqvalı olsunlar!
A.Mehdiyev və D.Cəfərli:
Oruc gecəsi qadınlarınızla yaxınlıq etmək sizə halal edildi. Onlar sizin üçün libasdırlar və siz onlar üçün libassınız (hər biriniz digərinin zinəti, eyiblərini örtən və onu günahdan qoruyansınız). Allah sizin (oruc gecəsi cinsi əlaqənin haram olması barəsində) özünüzə xəyanət etdiyinizi bilirdi. Buna görə də, nəzərini sizə yönəltdi və siz(in təqsiriniz)dən keçdi. Odur ki, indi onlarla yaxınlıq edin (edə bilərsiniz) və Allahın (bu əmələ görə) sizin üçün müəyyənləşdirdiyi (savabı, haramdan çəkinmək və saleh övlad kimi) şey(lər)i istəyin. (Oruc gecələri icazə verilir ki,) sübhün ağ sapı (gecənin) qara sap(ın)dan sizin üçün seçilənədək yeyin və için, sonra orucu gecəyə qədər tamamlayın. Məscidlərdə etikafda olarkən qadınlarla yaxınlıq etməyin. Bunlar Allahın (halal və haram) sərhədləridir, onlara yaxınlaşmayın (onları pozmayın). Allah Öz ayələrini insanlar üçün bu cür açıqlayır ki, bəlkə çəkinsinlər.
Kövsər Tağıyev:
Oruc gecəsi qadınlarınıza yaxınlaşmaq sizə halal edildi. Onlar sizə örtükdürlər, siz də onlara örtüksünüz. Allah (Ramazan gecələrində qadınlarınıza yaxınlaşaraq) özünüzə zülm etdiyinizi bildi, tövbənizi qəbul edib sizi bağışladı. Artıq qadınlarınıza yaxınlaşın və Allahın sizin üçün yazıb təqdir etdiyini istəyin. Sübhü aydınlığı gecənin qaranlığından fərqlənənə (dan yeri ağarana) qədər yeyin, için. Sonra da axşama qədər orucu tam tutun. Bununla birlikdə siz məscidlərdə etikafda ikən qadınlarınızla yaxınlaşmayın. Bunlar Allahın qoyduğu hədlərdir. Bu hədlərə yaxınlaşmayın. Allah ayələrini insanlara belə açıqlayır ki, ona qarşı gəlməkdən çəkinsinlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Orucluq vaxtı gecələr qadınlarınıza yaxınlaşmaq sizə halal edildi (icazə verildi). Onlar sizizn üçün, siz də onlar üçün libassınız. Allah sizin öz nəfsinizə zor etdiyini bildi, sizə tövbə etdirdi və sizi bağışladı. İndi isə artıq onlara (zövcələrinizə) yaxın gəlin və Allahın sizin üçün müəyyən etdiyini istəyin. Şübh çağı ağ sap qara sapdan seçilənə qədər yeyib için. Sonra da gecəyə qədər orucunuzu davam etdirin. Məscidlərdə etikafda (ibadətdə) olduğunuz zaman onlara (zövcələrinizə) yaxın düşməyin. Allahın qoyduğu hüdudlarıdır, onları aşmayın. Allah Öz ayələrini insanlar üçün belə aydınlaşdırır ki, bəlkə onlar Allahdan qorxalar.
Sabirə Dünyamalıyeva:
Birlikdə oruc tutmaq gecəsində qadınlarınızla cinsi əlaqəylə bağlı sözlər, cinsi əlaqə sizə halal edildi. Onlar sizin üçün bir libasdır, siz də onlar üçün bir libassınız. Allah sizin özünüzə xəyanət etdiyinizi bildi və tövbənizi qəbul edib sizi bağışladı. Artıq qadınlarınıza yaxınlaşın və Allahın sizin üçün yazdığı şeyləri istəyin. Və fəcrdə, sizin üçün ağ sap qara sapdan yaxşıca seçilənə qədər yeyin-için. Və gecəyə qədər orucunuzu tamamlayın. Və siz ilahiyyat təhsili mərkəzlərində planlı ibadət halında olarkən onlara yaxınlaşmayın. Bunlar Allahın hədləridir, artıq Allahın hədlərinə yaxınlaşmayın. Allah, Özünün mühafizəsi altına daxil olsunlar deyə, ayələrini insanlara bax belə açıqlayar.