Əlixan Musayev:
Ey iman gətirənlər! Allahın nişanələrinə, haram aylara, qurbanlıq heyvana, boynuna nişan taxılmış qurbanlıq heyvanlara, Rəbbinin lütfünü və razılığını diləyərək Beytulharama gələnlərə qarşı hörmətsizlik etməyi halal saymayın. İhramdan çıxdığınız zaman ov edə bilərsiniz. Sizi Məscidulharama daxil ol-mağa qoymayan camaata qarşı olan kin-küdurət sizi təcavüz etməyə sövq etməsin. Yaxşılıq etməkdə və Allahdan qorxmaqda bir-birinizə yardım edin. Günah işlər görməkdə və düşmənçilikdə bir-birinizə köməkçi olmayın. Allahdan qorxun. Həqiqətən, Allah şiddətli cəza verəndir.
Bünyadov-Məmmədəliyev:
Ey iman gətirənlər! Allahın müəyyən etdiyi mərasimə (həcc mərasiminə), haram (hörmətli) aya (həcc ayı hesab edilən zülhiccəyə və ya rəcəb zülqədə, zülhiccə və məhərrəm aylarına), (Kəbəyə gətirilən) qurbanlara, boynuna nişan taxılmış qurbanlıq heyvanlara, həmçinin Rəbbinin lütfünü və razılığını diləyərək Beytülhərama (müqəddəs evə) üz tutub (ziyarətə) gələnlərə hörmətsizlik etməyin! [Onlara qarşı nalayiq işlər görməyi özünüzə halal (rəva) bilməyin!] Ehramdan çıxdığınız zaman (istəsəniz) ov edin. (Vaxtilə) sizi Məscidülhərama daxil olmağa qoymayan camaata qarşı bəslədiyiniz kin sizi təcavüzə sövq etməsin (zülm və haqsızlıq günahına batırmasın). Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbir olun, günah iş görməkdə və düşmənçilik etməkdə bir-birinizə kömək göstərməyin. Allahdan qorxun. Həqiqətən, Allahın əzabı şiddətlidir!
Elmir Quliyev
:
О те, которые уверовали! Не нарушайте святость обрядовых знамений Аллаха и запретного месяца. Не считайте дозволенным покушаться на жертвенных животных, или животных (или людей) с ожерельями, или людей, которые приходят к Заповедному дому, стремясь к милости и довольству своего Господа. Когда же вы освободитесь от ихрама, то можете охотиться. И пусть ненависть людей, которые помешали вам пройти к Заповедной мечети, не подтолкнет вас на преступление. Помогайте друг другу в благочестии и богобоязненности, но не помогайте друг другу в грехе и несправедливости. Бойтесь Аллаха, ведь Аллах суров в наказании.
Ələddin Sultanov:
Ey iman gətirənlər! Allahın (müəyyən etdiyi dini) nişanələrinə, haram aya, qurbanlara, (onlara taxılmış) boyunbağlarına və Rəbbinin lütfünü və rizasını diləyərək Beyti-harama (Kəbəyə) gələnlərə hörmətsizlik etməyin! Ehramdan çıxdığınız zaman ov edəbilərsiniz. Məscidi-harama daxil olmağınıza mane olmuş bir qövmə qarşı bəslədiyiniz kin, sizi təcavüzə sövq etməsin! Yaxşılıq və təqvada (günahlardan çəkinməkdə) yardımlaşın! Günah və düşmənçilikdə isə yardımlaşmayın! Allahdan qorxun! Həqiqətən, Allahın cəzası şiddətlidir.
Kerbelayi Malik ağa:
Ey amənu olanlar (Allaha yönəlib təslim olmağı diləyənlər)! Allahın (qoyduğu) şəriət hökmlərinə, Haram aya, (hədiyyə olaraq Kəbəyə göndərilən) qurbanlıqlara, boynuna nişan taxılmış (boyunları bağlı) qurbanlıq dəvələrə, Rəbblərinin fəzlini və (Onun) rizasını istəyərək Beyt-əl Harama gələnlərin güvənliyinə (təhlükəsizliyinə) hörmətsizlik etməyin. İhramdan çıxdığınız zaman ov edə bilərsiniz. Sizi Məscid-əl Harama daxil olmağa qoymadığına görə bir qövmə bəslədiyiniz kin, əsla sizi həddi aşmağa sövq etməsin. Birr və təqva üzərində yardımlaşın. Günah və düşmənlik üzərində yardımlaşmayın. Allaha qarşı təqva sahibi olun. Şübhəsiz ki, Allah əzabı şiddətli olandır.
Ələsgər Musayev:
Ay o kəslər ki, inanırsınız! Halal
etməyin Allahın şüarını haram şəhirdə və hədiyyələrdə və
bəzədilmişlərdə və mane olmayın o kəslərə ki, qadağan
olunmuş evə can ataraq axtarırlar Rəblərindən fəzl və razılıq!
Onda ki, oldunuz halalda, ov edin. Düşmənçilik və ədavət sizi o
qoumla ki, sizə qarşı qadağan olunmuş məsciddən sədd
çəkirdilər intiqama vadar etməsin. Yaxşılıq və təqva uğurunda
biri - birinizə köməklik edin. Günah və ədavət barəsində heç
vaxt yardım etməyin və Allahdan qorxun. Həqiqətən, Allahın
cəzası şiddətlidir!
A.Mehdiyev və D.Cəfərli:
Ey iman gətirənlər, Allahın (həcc və ümrə əməlləri və o ibadətlərin məkanları kimi tovhid və pərəstiş) nişanələrinə, haram aylara (Rəcəb, Zilqədə, Zilhiccə və Məhərrəm aylarına), nişansız qurbanlığa və boynunda boyunluq olan qurbanlığa və Rəbblərindən lütf və razılıq diləyən Beytül-Həram zəvvarlarına hörmətsizlik etməyin. Ehramdan çıxdıqdan sonra ov ovlaya bilərsiniz. Məscidül-Hərama girməyinizə mane olmuş bir dəstənin ədavəti sizi (onlara qarşı) həddi aşmağa vadar etməsin. Bütün xeyir iş(lərdə) və təqvada bir-birinizə kömək edin və günah və həddi aşmaqda bir-birinizlə köməkləşməyin. Allahdan qorxun ki, həqiqətən Allah ağır cəzalandırandır.
Kövsər Tağıyev:
Ey iman edənlər! Allahın (qoyduğu din) nişanələrinə, haram aya, həcc qurbanına (bu qurbanlıq heyvanların boynuna taxılan) boyunbağılara və Rəblərindən bol nemət və riza istəyərək Kəbəyə gələnlərə hörmətsizlik etməyin. Ehramdan çıxdığınız zaman (istərsinizsə,) ov edin. Sizi Məscidi-Hərama girməyə qoymadılar deyə bəzilərinə bəslədiyiniz kin, əsla sizi həddi aşmağa sövq etməsin. Yaxşılıq və təqvada (Allaha qarşı gəlməkdən çəkinmək) köməkləşin. Ancaq günah və düşmənçilikdə köməkləşməyin. Allaha qarşı gəlməkdən çəkinin. Çünki Allahın cəzası çox şiddətlidir.
M.Qənioğlu və T.Bilaloğlu:
Ey iman gətirənlər! Allahın (qoyduğu) ayinlərə, haram ayına, qurbanlıq heyvana, nişanəli qurbanlığa, öz Rəbbinin lütfü və razılığını qazanmaq istəyi ilə Beytul-Hərama üz tutanlara hörmətsizlik etməyin. İhramdan çıxdıqdan sonra ov edə bilərsiniz. Sizi (vaxtilə) Məscidül-Hərama buraxmadıqlarına görə adamlara qarşı kin-küdurət sizi təcavüzə sövq etməsin. Yaxşılıq etməkdə və təqvada bir-birinizə kömək edin. Günah işlətməkdə və düşmənçilik etməkdə bir-birinizə kömək etməyin. Allahdan qorxun! Həqiqətən, Allah şiddətli cəza verəndir.
Sabirə Dünyamalıyeva:
Ey iman etmiş kəslər! Allahın işarələrinə, haram aya, hədyə/həcc edənlərə azuqə göndərməyə, hədiyyə etməyə, gərdənliklərinə [həcc edənlərin/ali ilahiyyat təhsili məqsədi ilə orada olanların yeməsi üçün göndərilən heyvanların gərdəninə taxılan nişana] və Rəbbinin lütfünü və razılığını diləyərək Beytülhərama daxil olmaq istəyənlərə/həcc vəzifəsini yerinə yetirmək istəyənlərə hörmətsizlik etməyin. Toxunulmazlığınız aradan qalxdıqda/həcc vəzifəniz başa çatdıqda da ov edin. Sizi Məscidülhəramdan geri qaytardıqları üçün bir camaata qarşı bəslədiyiniz kin, sizi təcavüzə sövq etməsin. Və "yaxşı adam" olmaqda və Allahın mühafizəsi altına daxil olmaqda köməkləşin, günah və düşmənçilik etməkdə köməkləşməyin. Və Allahın mühafizəsi altına daxil olun. Heç şübhəsiz ki, Allahın əzabı/haqq-hesab çəkməsi çox şiddətlidir.