Əlixan Musayev:
Qadınlarınızı boşadığınız və onların gözləmə müddəti sona yetişdiyi zaman onları ya (şəriətə) müvafiq qayda üzrə saxlayın, ya da müvafiq qayda üzrə buraxın. Zərər vurmaq və təcavüz etmək məqsədilə onları saxlamayın. Kim bunu etsə, ancaq özünə zülm etmiş olar. Allahın ayələrini ələ salmayın. Allahın sizə olan nemətlərini, öyüd-nəsihət ver-mək üçün nazil etdiyi Kitab və hikməti (Sünnəni) yadınıza salın. Allahdan qorxun və bilin ki, Allah hər şeyi bilir.
Bünyadov-Məmmədəliyev:
Qadınlarınızı (rici talaqla) boşadığınız və onların gözləmə müddəti başa çatdığı zaman onları ya xoşluqla saxlayın, ya da xoşluqla buraxın. (Əziyyət və) zərər vermək məqsədilə haqlarına təcavüz edib onları saxlamayın! Hər kəs bunu etsə, şübhəsiz ki, özünə zülm etmiş olar. Allahın ayələri (hökmləri) ilə oynamayın (onlara istehza etməyin). Allahın sizə verdiyi nemətləri, öyüd-nəsihət üçün göndərdiyi Kitabı (Quranı) və hikməti xatırlayın! Allahdan qorxun və Allahın, həqiqətən, hər şeyi bildiyini anlayın!
Elmir Quliyev
:
Если вы развелись с вашими женами, и они выждали положенный им срок, то либо удержите их на разумных условиях, либо отпустите их на разумных условиях. Но не удерживайте их, чтобы навредить им и преступить границы дозволенного. А кто поступит так, тот поступит несправедливо по отношению к самому себе. Не считайте знамения Аллаха шуткой. Помните милость, которую оказал вам Аллах, а также то, что Он ниспослал вам из Писания и мудрости, чтобы увещевать вас. Бойтесь Аллаха и знайте, что Аллах ведает о всякой вещи.
Ələddin Sultanov:
Qadınlarınızı (rici talaqla) boşadığınız və onların gözləmə müddəti başa çatdığı zaman onları ya xoşluqla saxlayın, ya da xoşluqla ayrılın! Zərər verərək haqlarına təcavüz etmək üçün onları saxlamayın! Kim bunu edərsə, özünə zülm etmiş olar. Allahın ayələrinə istehza etməyin! Allahın sizə olan nemətini, öyüd-nəsihət vermək üçün sizə göndərdiyi kitabı və hikməti xatırlayın! Allahdan qorxun və bilin ki, Allah hər şeyi biləndir.
Kerbelayi Malik ağa:
Qadınları boşadığınız zaman gözləmə müddətlərini tamamladıqdan sonra artıq onları marufla (adət-ənənəyə uyğun olaraq xoşluqla) saxlayın və ya onları marufla (adət-ənənəyə uyğun olaraq xoşluqla) sərbəst buraxın. Haqlarını tapdalayaraq həddi aşıb zərər vermək məqsədiylə saxlamayın. Kim bunu etsə, o təqdirdə özünə zülm etmişdir. Allahın ayələri ilə istehza etməyin. Allahın üzərinizdəki nemətini, kitabdan sizə endirdiyini və hikməti xatırlayın ki, onunla sizə öyüd-nəsihət verir. Allaha qarşı təqva sahibi olun, Allahın hər şeyi çox yaxşı bildiyini bilin!
Ələsgər Musayev:
Onda ki, talaq verdiniz qadınlara və yetişdi əcəlləri
onların, saxlayın onları mərifətlə, ya buraxın mərifətlə Və
saxlamayın onları zorla, həddi aşmaq üçün. Və kim fəaliyyət
edərsə bunu, fəqət zülm etdi öz nəfsinə. Və götürməyin
ayətlərini Allahın əyləncəyə. Zikr edin nemətini Allahın
üzərinizə sizin və nə ki, nazil etdi üzərinizə sizin kitabdan və
hikmətdən, nəsihət sizə onunla. Və qorxun Allahdan və bilin
ki, həqiqətən, Allah külli şey ilə Alimdir!
A.Mehdiyev və D.Cəfərli:
Qadınlara talaq verdiyiniz və onlar iddələrinin sonuna yaxınlaşan zaman, (ya yenidən qayıdın və) onları yaxşılıq və xoşluqla saxlayın, ya da (qayıtmayaraq) onları yaxşılıq və xoşluqla buraxın. Onları əsla incitmək və ziyan vurmaq üçün saxlamayın ki, zülm etmiş olasınız. Belə edən kəs şübhəsiz özünə zülm etmişdir. Allahın ayələrini məsxərə etməyin və Allahın sizə olan (hədsiz) nemətini və kitab və hikmətdən (şəriət hökmləri və əqli maarifdən) nazil edərək vasitəsi ilə sizə nəsihət verdiyi şeyi xatırlayın. Allahdan qorxun və bilin ki, Allah hər şeyi biləndir.
Kövsər Tağıyev:
Qadınları boşadığınız və onlar da gözləmə müddətini tamamladıqları zaman ya onları xoşluqla saxlayın ya da xoşluqla buraxın. Haqlarına təcavüz edib zərər vermək üçün onları saxlamayın. Kim bunu edərsə, özünə zülm etmiş olar. Allahın ayələrinə qeyri-ciddi yanaşmayın. Allahın üzərinizdəki nemətini, sizə öyüd vermək üçün endirdiyi Kitabı və hikməti xatırlayın. Allaha qarşı gəlməkdən çəkinin və bilin ki, Allah hər şeyi haqqı ilə biləndir.
M.Qənioğlu və T.Bilaloğlu:
Arvadları boşasanız və onlar (üç aylıq) öz müddətlərinə çatmış olsalar, ya onları qayda üzrə saxlayın, ya da qayda üzrə azad edin. (Haqlarına) qəsd edib zərər vermək məqsədilə onları tutub saxlamayın. Hər kim bunu etmiş olarsa, özünə zülm etmiş olar. Allahın ayələrini ələ salmayın. Allahın sizə etdiyi yaxşılığı, sizə öyüd-nəsihət olaraq nazil etdiyi Kitabı və hikməti yada salın. Allahdan qorxun və bilin ki, Allah həqiqətən də hər şeyi biləndir.
Sabirə Dünyamalıyeva:
Qadınları boşadığınız zaman, iddə (gözləmə) müddəti də başa çatdıqda, artıq onları ya məruf bir şəkildə saxlayın, yaxu da məruf bir şəkildə buraxın, hüquqlarına təcavüz etmək üçün onların zərərinə onları saxlamayın. Hər kim bunu etsə, özü özünə haqsızlıq etmiş olar. Allahın ayələrini oyun-oyuncaq etməyin. Allahın sizə verdiyi nemətləri, sizə öyüd-nəsihət üçün nazil etdiyi kitabı və haqsızlığın, fitnə-fəsadın və qarışıqlığın qarşısını almaq üçün qoyulmuş qanun, prinsip və qaydaları xatırlayıb düşünün. Həm də Allahın mühafizəsi altına daxil olun və həqiqətən Allahın hər şeyi ən yaxşı bilən olduğunu bilin.