Fussilət Surəsi 25. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Biz onlara (fasiq) yoldaşlar qoşduq (bu dostlar) onlara öndəkilərini arxadakılarını gözəl göstərdilər (dünyanı sevdirib, axirəti unutdurdular). Onlardan əvvəl gəlib-getmiş cinlərdən insanlardan olan ümmətlər barəsindəki Söz onlar barəsində gerçək oldu. Həqiqətən də, onlar ziyana uğradılar.
Bünyadov-Məmmədəliyev:
Biz onlara (Məkkə müşriklərinə) önlərindəkini arxalarındakını (dünyanın zövq-səfasına uyub axirətə inanmamalarını) özlərinə gözəl göstərən (şeytansifət) dostlar caladıq. Özlərindən əvvəl gəlib-getmiş cinlərdən insanlardan olan (kafir) ümmətlərlə birlikdə o söz (əzab hökmü) onlar barəsində gerçəkləşdi. Şübhəsiz ki, onlar ziyan çəkənlər oldular!
Elmir Quliyev :
Мы приставили к ним товарищей, которые представили им прекрасным их настоящее и будущее, и сбылось Слово относительно них и относительно живших до них народов из числа джиннов и людей. Воистину, они были потерпевшими убыток.
Ələddin Sultanov:
Biz onlara müəyyən dostlar caladıq, onlar da önlərində arxalarında varsa, hamısını bunlara gözəl göstərdilər. Onlardan əvvəl gəlib-getmiş cinlər insanlardan olan ümmətlər barəsindəki söz (əzab) onlara da vacib oldu. Həqiqətən, onlar ziyana düşdülər.
Kerbelayi Malik ağa:
Onlara yaxın yoldaşlar müsəllət etdik. Beləcə önlərində arxalarındakıları (etdiklərini edəcəklərini) onlara gözəl göstərdilər. Cinlərdən, insanlardan onlardan əvvəl gəlmiş getmiş ümmətlərin üzərinə (əzab) sözü haqq oldu. Şübhəsiz ki, onlar hüsrana düşmüş olanlardır.
Ələsgər Musayev:
Etdik onlar üçün yoldaş, zinətli etdilər onlar üçün önlərində arxalarında olanları haqq oldu üzərlərində söz ümmətlərdə, onlardan qabaq getmişdilər cinlərdən insanlardan. Həqiqətən, onlar xəsarətdə oldular.
A.Mehdiyev və D.Cəfərli:
Biz (küfr inadkarlıqlarına görə dünyada) onlar üçün (şeytan cinlərdən) dost yoldaşlar təyin etdik. Onlar (həmin şeytan cinlər) bunlara indiki gələcək nəfsi istəklərini keflərini gözəl göstərdilər onlardan qabaq keçmiş cin insan tayfalarının zümrəsində (Allahın əzəli) söz(ü kafirlərə verdiyi Cəhənnəm vədi) onlar barəsində gerçəkləşdi. Onlar doğrudan da ziyana uğradılar.
Kövsər Tağıyev:
Biz onlara bəzi dostlar qoşduq, bu dostlar onlara keçmişlərini gələcəklərini süslü göstərdilər. Beləliklə, onlardan əvvəl gəlib keçən cin insan topluluqları haqqındakı o söz (əzab) onlar haqqında da gerçəkləşdi. Çünki onlar ziyana uğrayanlar idi.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz onlara (şeytanlardan) həmdəmlər qoşduq bunlar da onların önündəkiləri arxalarındakıları [dünya axirət məsələlərini] (yalanla) bəzədilər. Beləliklə onlardan əvvəl gəlmiş, cinlərdən adamlardan olan ümmətlər barəsindəki söz [hökm] onlar üçün haqq oldu. Onlar ziyana düşənlər idilər.
Sabirə Dünyamalıyeva:
Biz onların bəzi yaşıdlarını/İblislərini qabıq kimi üstlərinə örttük, onlar da önlərində arxalarında [bütün ətraflarında] olanları onlara cazibədar göstərdilər. Gəlib-keçmiş hər kəs üçün, özlərindən əvvəl gəlib-keçmiş ümmətlər üçün qüvvədə olan "Söz" onlar üçün haqq oldu. Şübhəsiz ki, onlar, zərərə/ziyana məruz qalıb əzaba düçar olan kəslər idilər.