Rum Surəsi 28. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
O sizə özünüzdən bir məsəl çəkdi; sahib olduğunuz kölələr içərisində sizə verdiyimiz nemətlərdə sizinlə bərabər eyni hüquqa malik olan, özünüzdən çəkindiyiniz kimi, onlardan da çəkindiyiniz şərikləriniz varmı? Biz ayələri düşünüb daşınan insanlar üçün belə müfəssəl izah edirik.
Bünyadov-Məmmədəliyev:
(Allah) sizə özünüzdən bir məsəl çəkər. Sahib olduğunuz kölələr içərisində sizə verdiyimiz mal-dövlətə sizinlə bərabər ortaq olan, özünüzdən (özünüz kimi azad adamların haqqına toxunmaqdan) çəkindiyiniz kimi, o kölələrdən çəkindiyiniz şərikləriniz varmı? (Siz buna razı olarsınızmı? Əlbəttə, yox! Elə isə bəs Allaha Öz aciz bəndələrini, bütləri şərik qoşmağa necə razı olursunuz?) Biz ayələri ağılla düşünən bir qövm üçün belə ətraflı izah edirik.
Elmir Quliyev :
Он привел вам притчу о вас самих. Есть ли среди невольников, которыми овладели ваши десницы, совладельцы того, чем Мы наделили вас, которые имеют с вами одинаковые права на это и которых вы опасаетесь так, как опасаетесь друг друга? Так Мы разъясняем знамения для людей разумеющих.
Ələddin Sultanov:
O, sizə özünüzdən bir misal verir. Kölələrinizin içərisində sizə verdiyimiz ruzilər barəsində bir-birinizdən çəkindiyiniz kimi, onlardan da çəkinəcəyiniz dərəcədə sizinlə bərabər hüquqlara malik olan şərikləriniz varmı? Biz ayələri düşünənlər üçün belə izah edirik. (Bu ayədə insanların özlərindən olan kölələri belə özlərinə tay tutmadıqları dünya malını onlarla bölüşməyə yanaşmadıqları qeyd olunur. Belə olan halda tayı-bərabəri olmayan Uca Allahın şəriyinin olduğunu iddia etmək çox məntiqsizdir.)
Kerbelayi Malik ağa:
(Allah) sizə öz nəfslərinizdən örnək verdi. Sizə ruzi verdiyimiz şeylərdə, sizin sağ əlinizin altında olan sahib olduğunuz kölələrinizdən ortaqlarınız varmı ki (o bütlər Allaha ortaq olsun), beləcə onlarla bərabər olasınız, onlardan bir-birinizdən çəkindiyiniz kimi çəkinəsiniz. Ağıl işlədən bir qövm üçün ayələri belə açıqlayırıq.
Ələsgər Musayev:
O məsəl vurur sizin üçün öz nəfsinizdən. Varmı sizin üçün əliniz altında olan xidmətçilərdən sizə verdiyimiz ruzilərə şərik olanlar siz bunda onlarla bərabərsiniz? Xoflanırsınızmı onlardan, necə ki, xoflanırsınız öz nəfsinizdən? Belə müfəssəl edirik ayətləri əql edən qoum üçün.
A.Mehdiyev və D.Cəfərli:
(Allah) sizə özünüzdən bir məsəl çəkmişdir: «Sizin qullarınız içərisində sizə ruzi olaraq verdiyimiz (mal-dövlətə) şərik olanlar varmı ki, hamınız ondan (istifadə etməkdə) (ortaq) bərabər olasınız belə ki, onlar(ın haqqını tapdalamaq)dan özünüz kimi qul olmayanlardan qorxduğunuz kimi qorxasınız?. (Baxmayaraq ki, qul heç öz sahibinin malına mülkünə ortaq şərik ola bilməz.) Beləcə (Öz tovhid) ayə(lərimiz)i ağılla düşünən bir qövm üçün bütün təfsilatı ilə bəyan edirik (ki, bilsinlər: müşriklərin məbudları rübubi məqamda deyildirlər, əksinə, Allahın mülküdürlər Onun şəriki deyillər).
Kövsər Tağıyev:
Allah sizə sizin özünüzdən belə bir misal gətirdi: Kölələriniz içərisində sizə verdiyimiz ruzilərdə sizinlə bərabər haqlara sahib olan bir-birinizdən çəkindiyiniz kimi onlardan da çəkindiyiniz şərikləriniz varmı? Biz düşünən bir qövm üçün ayələri belə müfəssəl açıqlayırıq.
M.Qənioğlu və T.Bilaloğlu:
O, sizə özünüzdən bir misal çəkir; sizin kölələriniz içərisində sizə verdiyimiz ruzidə sizinlə bərabər olacaq şəkildə ortaq olan, bir- birinizdən qorxduğunuz kimi onlardan da qorxduğunuz şərikləriniz varmı? Biz anlayan adamlar üçün ayələri belə müfəssəl aydınlaşdırırıq.
Sabirə Dünyamalıyeva:
Allah, sizə özünüzdən bir məsəl çəkər: Qanunla sizə tabe olan kəslərdən, sizə ruzi olaraq verdiyimiz şeylərdə sizinlə şərik olanlar varmı ki, onlarla bərabər olasınız özünüzə [məxsus işlərdə] çəkindiyiniz/özünüzə qiymət verdiyiniz kimi onlarla da qarşılıqlı olaraq çəkinəsiniz/bir-birinizə eyni dərəcədə qiymət verəsiniz, bir-birinizə bərabər olasınız? Biz, ağlını işlədən bir qövm üçün ayələri bax belə izah edirik.