Kəhf Surəsi 29. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
De: “Haqq Rəbbiniz tərəfindəndir. Kim istəyir inansın, kim istəyir inanmasın”. Biz zalımlar üçün elə bir Od hazırlamışıq ki, onun divarları onları əhatə edəcəkdir. Onlar kömək dilədikdə əridilmiş metal kimi üzlərini qovuran bir su ilə kömək ediləcəkdir. pis içkidir! pis məskəndir!
Bünyadov-Məmmədəliyev:
de: “Haqq Rəbbinizdəndir. Kim istəyir inansın, kim istəyir inanmasın (kafir olsun). Biz zalımlar üçün elə bir atəş hazırlamışıq ki, onun pərdələri (dumanları) onları bürüyəcəkdir. (Cəhənnəmin qalın divarları zalımları əhatə edəcəkdir). Onlar imdad istədikdə onlara qətran (yaxud yaradan axan irin-qan) kimi üzlərini büryan edən bir su ilə kömək ediləcəkdir. O, pis içki, o (Cəhənnəm) necə pis məskəndir!
Elmir Quliyev :
Скажи: "Истина от вашего Господа. Кто хочет, пусть верует, а кто не хочет, пусть не верует". Мы приготовили для беззаконников Огонь, стены которого будут окружать их со всех сторон. Если они станут просить о помощи (или о дожде), то им помогут водой, подобной расплавленному металлу (или осадку масла), которая обжигает лицо. Мерзкий напиток и скверная обитель!
Ələddin Sultanov:
De: “Haqq sizin Rəbbinizdəndir. Ona görə istəyən inansın, istəyən inkar etsin. Biz zalımlar üçün elə bir cəhənnəm hazırlamışıq ki, onun divarları onları hər tərəfdən əhatə edər. Əgər (susuzluğa görə) yardım istəsələr, onlara əridilmiş mədən kimi üzləri qızardan bir su ilə yardım olunar. O necə pis içki necə pis məskəndir!
Kerbelayi Malik ağa:
De ki: ‘Haqq Rəbbinizdəndir.’ Bundan sonra artıq diləyən inansın diləyən inkar etsin. Şübhəsiz ki, Biz zalımlar üçün kənarları onları əhatə edən bir atəş hazırladıq. Əgər onlar yağış istəyərlərsə (atəşə qarşı) ərimiş mədən kimi tünd qaynar, üzləri qovuran bir su yağdırılar. pis bir içəcək pis bir dost (köməkçi).
Ələsgər Musayev:
De: «Haqq Rəbbinizdəndir. Kim istəyir inansın kim istəyir kafir olsun». Həqiqətən, zalimlər üçün yanar od hazır etmişik. Əhatə edər onları şölələri hər tərəfdən. Əgər yardım istəsələr, onlara ərinmiş metal kimi su ilə yardım edərlər ki, istisi onların üzlərini yandırar. Çox pis şərabdır çox pis məskəndir!
A.Mehdiyev və D.Cəfərli:
de: «Haqq sizin Rəbbiniz tərəfindən olandır. Buna görə istəyən iman gətirsin, istəyən küfr etsin. Şübhəsiz, Biz zalımlar üçün elə bir atəş hazırlamışıq ki, pərdələri onları əhatə edəcəkdir. əgər (susuzluğun şiddətindən) imdada çağırsalar, mis kimi əridilmiş (və) üzləri bişirən bir su ilə dadlarına çatılar. Necə pis içkidir necə pis bir məkandır!»
Kövsər Tağıyev:
De ki: “Haqq Rəbbimizdəndir. Artıq istəyən iman etsin, istəyən inkar etsin”. Biz zalımlar üçün elə bir atəş hazırladıq ki, onun alovlu divarları onları əhatə edər. (Susuzluqdan) ah-fəğan edib yardım istədikdə isə üzləri yandırıb yaxan ərinti kimi bir su ilə onlara yardım edilər. O necə pis bir içkidir. Cəhənnəm necə qorxunc bir söykənmə yeridir.
M.Qənioğlu və T.Bilaloğlu:
De: "Haqq sizin Rəbbinizdəndir. Kim istəyir qoy inansın, kim istəyir inanmasın."
Sabirə Dünyamalıyeva:
de ki: "O haqq, Rəbbinizdəndir. Ona görə istəyən inansın, istəyən bilə-bilə inkar etsin/inanmasın." Şübhəsiz ki, Biz, şirk qoşaraq səhv, öz zərərlərinə olan əməli işləyənlər üçün divarları onları hər yandan əhatə edən bir atəş hazırladıq. əgər yağış yağmasını istəsələr, ərimiş mədən kimi üzlərini bişirən bir su yağdırılar. O, pis bir içkidir! Dayanmaq/sığınmaq yeri olaraq da qədər pis bir yerdir!