Rəd Surəsi 30. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Beləliklə, Biz səni özündən əvvəl neçə-neçə ümmətlər gəlib getmiş bir ümmətə göndərdik ki, onlar ər-Rəhmanı inkar etdikləri halda, sənə vəhy etdiyimizi onlara oxuyasan. De: “O, mənim Rəbbimdir. Ondan başqa ilah yoxdur. Mən yalnız Ona təvəkkül edir Ona üz tutub tövbə edirəm”.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum! Səndən əvvəl peyğəmbərlər göndərdiyimiz kimi) səni özündən əvvəl çoxlu ümmətlər gəlib-getmiş bir ümmətə Peyğəmbər göndərdik ki, onlar Rəhmanı (Allahı) inkar etdikləri halda, sənə vəhy etdiyimiz (Quranı) onlara oxuyasan. De: “O (Rəhman) mənim Rəbbimdir. Ondan başqa heç bir tanrı yoxdur. Mən ancaq Ona təvəkkül etdim. Axır dönüşüm (və ya tövbəm) yalnız Onadır!”
Elmir Quliyev :
Так Мы отправили тебя к народу, до которого жили другие народы, чтобы ты прочел им то, что Мы внушили тебе в откровении, но они не уверовали в Милостивого. Скажи: "Он мой Господь, и нет божества, кроме Него. Я уповаю только на Него, и к Нему я вернусь с покаянием".
Ələddin Sultanov:
(Ey Peyğəmbər!) Beləcə, səni özlərindən əvvəl neçə-neçə ümmətlərin gəlib keçdiyi bir ümmətə peyğəmbər göndərdik ki, sənə vəhy etdiyimizi (Quranı) onlara oxuyasan. Ancaq onlar Rəhmanı inkar edirlər. De ki: “O mənim Rəbbimdir. Ondan başqa heç bir ilah yoxdur. Mən Ona təvəkkül etmişəm. Tövbəm Onadır!”
Kerbelayi Malik ağa:
Beləliklə, ondan əvvəl gəlib getmiş ümmətlərdə olduğu kimi, səni sənə vəhy etdiyimizi onlara oxumağın üçün bir ümmətin içinə göndərdik. Onlar Rəhmanı inkar edirlər. De ki: ‘O mənim Rəbbimdir. Mən Ona təvəkkül etdim Ondan başqa ilah yoxdur. Tövbəm, dönüşüm (tövbəsi qəbul edilmiş olaraq dönmə) Onadır.’
Ələsgər Musayev:
Beləliklə göndərdik səni ümmətində Xələnin, qabaqcadan orada ümmilərə tilavat etməyin üçün üzərinə onların, odur ki, vəhy ilə açaraq öyrətdik tərəfinə sənin onlar kafirdirlər Rəhman ilə. De: «O Rəbbimdir! Yoxdur Ilahi ancaq O. Üzərinə Onun təvəkkül etdim tərəfinə Onun qayıtdım».
A.Mehdiyev və D.Cəfərli:
(Öz cari qanunlarımıza əsasən keçmişdəkilərə peyğəmbərlər göndərdiyimiz kimi,) səni (də) özlərindən qabaq ümmətlər gəlib-keçmiş bir ümmətin içərisinə göndərdik ki, sənə vəhy etdiyimizi onlara oxuyasan, halbuki onlar Rəhman olan Allaha küfr edirlər (Onun vəhdətini rəhmətinin şamilliyini qəbul etmirlər). De: «O mənim Rəbbimdir, Ondan başqa heç bir məbud yoxdur, yalnız Ona təvəkkül etdim dönüşüm yalnız Ona tərəfdir.»
Kövsər Tağıyev:
(Ey Muhamməd!) Beləliklə, səni özlərindən əvvəl neçə-neçə ümmətlərin gəlib keçdiyi bir ümmətə göndərdik ki, onlar Rəhmanı inkar edərkən sənə vəhy etdiyimizi onlara oxuyasan. De ki: “O, mənim Rəbbimdir. Ondan başqa heç bir ilah yoxdur. Mən yalnız Ona təvəkkül etdim, qayıdışım da yalnız Onadır”.
M.Qənioğlu və T.Bilaloğlu:
Beləliklə Biz səni özündən əvvəl neçə-neçə millətlər gəlib getmiş bir millətə (peyğəmbər) göndərdik ki, onlar mərhəmətli (Allahı) inkar etdikləri halda, sən Bizim sənə vəhy etdiyimizi [Quranı] onlara oxuyasan. De: "O, mənim Rəbbimdir. Ondan başqa bir tanrı yoxdur. Mən Ona təvəkkül etdim, Ona üz tuturam".
Sabirə Dünyamalıyeva:
Bax belə, səni, onlar Rəhmana [yaratdığı bütün canlılara dünyada çox mərhəmət edən Allaha] inanmadıqları halda, sənə vəhy etdiyimizi onlara oxuyasan deyə, özlərindən əvvəl neçə-neçə ümmət gəlib-keçmiş olan bir ümmətin içinə elçi olaraq göndərdik. De ki: "Rəhman [yaratdığı bütün canlılara dünyada çox mərhəmət edən Allah], mənim Rəbbimdir, Ondan başqa məbud deyə bir şey yoxdur. Mən, işin nəticəsini yalnız Ona tapşırdım, dönüşüm yalnız Onadır."