Ali-İmran Surəsi 30. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
O gün ki, hər kəs etdiyi yaxşı pis əməlləri (qarşısında) hazır görəcək, özü ilə (pis əməllərinin) arasında çox böyük məsafə olmasını arzulayacaqdır. Allah sizi Özündən çəkindirir. Allah qullarına Şəfqətlidir”.
Bünyadov-Məmmədəliyev:
O gün (qiyamət günü) hər kəs etdiyi yaxşı pis əməlləri qarşısında hazır görəcək günahları ilə özü arasında çox uzaq məsafə olmasını arzulayacaqdır. Allah sizi Öz əzabından çəkindirir, çünki Allah bəndələrə (Öz bəndələrinə) mərhəmətlidir!”
Elmir Quliyev :
В тот день, когда каждая душа увидит все добро и зло, которое она совершила, ей захочется, чтобы между ней и между ее злодеяниями было огромное расстояние. Аллах предостерегает вас от Самого Себя. Аллах сострадателен к рабам.
Ələddin Sultanov:
Hər kəsin etdiyi yaxşı əməlləri pis əməlləri, qarşısında hazır bir vəziyyətdə görəcəyi o gün (qiyamət günü insan), onunla (günahları ilə) özü arasında uzaq məsafə olmasını arzulayacaqdır. Allah sizi Özündən (əzabından) çəkindirir. Allah bəndələrinə qarşı şəfqətlidir.
Kerbelayi Malik ağa:
O gün hər nəfs etdiyi yaxşı pis əməllərini qarşısında hazır görəcək (həyat filmində bütün etdiklərini görər). Pis əməli ilə özü arasında uzaq bir məsafə olmasını arzu edər. Allah sizi Özündən çəkindirir (təqva sahibi olmağınızı istəyər). Allah qullarına qarşı Raufdur.
Ələsgər Musayev:
O gün tapar külli nəfs əməl edib xeyirdən, hazır. əməl edib pislikdən, istər ki, onunla bunun arasında uzaq bir məsafə olsun. Həzər edir sizi Allah nəfsinə Onun Allah Raufdur bəndələrilə!
A.Mehdiyev və D.Cəfərli:
H?r bir k?s (dunyada) yerin? yetirdiyi xeyir v? etdiyi pis ?m?ll?ri haz?r gor?c?yi (h?min ?m?ll?rin eynil? Qiyam?t? uygun s?kild? muc?ss?m olunacag?) gun arzu ed?c?k ki, kas onunla pis ?m?ll?ri aras?nda uzun bir zaman fasil?si olayd? (Qiyam?t t?xir? dus?ydi). Allah sizi Ozund?n (Oz ?zab?ndan) c?kindirir. Allah Oz b?nd?l?rin? s?fq?tlidir.
Kövsər Tağıyev:
İnsan hər kəsin etdiyi yaxşılığı etdiyi pisliyi (qarşısında) hazır görəcəyi gün pislikləri ilə özü arasında uzaq bir məsafə olmasını istəyər. Yenə Allah sizi özünə qarşı diqqətli olmanız barəsində xəbərdar edir. Allah qullarını çox əsirgəyəndir.
M.Qənioğlu və T.Bilaloğlu:
Hər kəs tutmuş olduğu xeyir əməlin pis əməlin (əvəzini) hazır görəcəyi gün özü ilə onun [pis əməlin əvəzi] arasında böyük məsafə olmasını istəyəcəkdir. Allah sizə Özü (verəcəyi cəza) haqqında xəbərdarlıq edir. Allah bəndələrə şəfqətlidir.
Sabirə Dünyamalıyeva:
O gün hər adam, işlədiyi xeyir əməlləri, işlədiyi pis əməlləri qarşısında hazır görəcək. Özü ilə pis əməlləri arasında şübhəsiz, çox uzaq məsafə olmasını arzulayacaq. Allah sizi Özünün [əzabından] çəkindirir. Şübhəsiz ki, Allah, qullarına çox şəfqətlidir.