Əlixan Musayev:
Əgər oxunan bir kitabla dağlar hərəkətə gətirilsəydi və ya onunla yer parçalansaydı və yaxud da onun sayəsində ölülər danışsaydılar (o kitab yenə bu Quran olardı). Lakin bütün işlər Allaha aiddir. İman gətirənlər hələ bilmirlərmi ki, əgər Allah istəsəydi, bütün insanları doğru yola yönəldərdi? Allahın vədi gəlincəyə qədər etdikləri əməllərə görə kafir olanlara müsibət üz verməkdə davam edəcək və ya onların yurdunun yaxınlığında dayanacaqdır. Şübhəsiz ki, Allah vədinə xilaf çıxmaz.
Bünyadov-Məmmədəliyev:
Əgər Quranla dağlar hərəkətə gətirilsə, yaxud yer parçalansa və ya ölülər danışsaydılar (onlar yenə də iman gətirməzdilər). (Və ya əgər aləmdə bir kitab olsaydı və onun səbəbi ilə dağlar yerindən qopardılıb hərəkətə gətirilsə, yaxud yer parçalansa və ya ölülər dirilib danışsaydılar, o kitab mütləq bu Quran olardı). Bütün işlər yalnız Allahın ixtiyarındadır. Məgər iman gətirənlərə bəlli olmadımı ki, əgər Allah diləsəydi, bütün insanları hidayətə (doğru yola) yönəldərdi? (Və ya möminlər kafirlərin iman gətirmələrindən ümidlərini üzüb bilmədilərmi ki, doğru yolu tutmaq da, ondan çıxmaq da Allahın əlindədir?). Kafirlərə gəldikdə Allahın vədi (Məkkənin fəthi) yerinə yetənədək etdikləri əmələ görə onlara bir bəla üz verməkdə davam edəcək, yaxud yurdlarının yanında dayanıb duracaqdır. (Və ya: “Ya Rəsulum! Sən öz əshabən və ordunla onların yurdunun yaxınlığında dayanıb duracaqsan”). Həqiqətən, Allah Öz vədinə xilaf çıxmaz!
Elmir Quliyev
:
Если бы был Коран, благодаря которому сдвинулись бы горы, разверзлась бы земля или заговорили бы покойники, то им оказался бы этот Коран. Но любое решение остается только за Аллахом. Разве верующие еще не знают, что если бы Аллах захотел, то наставил бы всех людей на прямой путь? Бедствия не перестанут поражать неверующих за то, что они содеяли, или будут рядом с их жилищами до тех пор, пока не явится обещание Аллаха. Воистину, Аллах не нарушает Своего обещания.
Ələddin Sultanov:
Əgər Quranla dağlar yeridilsəydi, yaxud yer parçalansaydı və ya ölülər danışdırılsaydı, (onlar yenə də iman gətirməzdilər). Xeyr, bütün işlər Allaha aiddir. İman gətirənlər hələ də bilmədilərmi ki, əgər Allah diləsəydi, bütün insanları hidayətə yönəldərdi?! Allahın vədi gələnə qədər etdikləri əməllərə görə kafirlərə bəla üz verməyə davam edəcək, yaxud (o bəla) evlərinin yaxınlığına enəcəkdir. Şübhəsiz ki, Allah əsla vədindən dönməz!
Kerbelayi Malik ağa:
Əgər həqiqətən onunla dağlar hərəkətə gətirilən və ya onunla yer yarılan və ya onunla ölülər danışdırılan bir Quran olsaydı belə, bütün işlər (əmrlər) Allahındır (Allaha aiddir). Amənu olanlar hələ (onların iman etmələrindən) ümidlərini kəsmədilərmi? Allah diləmiş olsaydı insanların hamısını əlbəttə hidayətə ərdirərdi. Kafir olan kimsələrə etdiklərinə görə böyük bir müsibət (cəza, fəlakət) üz verməsi və ya yurdlarının yaxınına müsibətlərin gəlməsi, Allahın vədi gələnə qədər davam edər. Şübhəsiz ki, Allah vədindən dönməz.
Ələsgər Musayev:
Əgər Quranla dağlar hərəkətə gələ, ya ərz parçalana, ya ölülər danışa… Bəli, cəmiyyən əmrlər Allah üçündür! Ə, məyus olmasın o kəslər ki, inanırlar, əgər Allah istəsəydi hidayət edərdi insanları cəmiyyən? Kəsilməz o kəslərə ki, kafirdirlər, isbatdır onlara nə ilə ki, edirlər qariəh, ya yaşayış yerlərinin yaxınlığında hazır duracaq, ta gələ vədi Allahın. Həqiqətən, Allah Öz vədinə xilaf etməz!
A.Mehdiyev və D.Cəfərli:
Və əgər vasitəsilə dağların hərəkətə gətirildiyi, ya yerin yarılıb parça-parça olduğu, yaxud vasitəsilə ölülərlə danışılan bir Qur’an olsaydı (bunun onların imanına yenə də heç bir təsiri olmazdı). (Çünki iman və hidayət,) hətta işlər və əmrlər bütünlüklə Allaha məxsusdur. Buna görə də məgər iman gətirən kəslər (hələ də bunların imanından) ümidlərini üzüb başa düşməyiblərmi ki, əgər Allah istəsəydi insanların hamısını (məcburi surətdə) hidayət edərdi?! (Lakin Allahın qanunu imana məcbur etmək deyildir.) Və küfr edən kəslərə daim etdiklərinin cəzası olaraq əzici bir müsibət yetişər, yaxud onların evlərinin yaxınlığında nazil olar ki, Allahın (son) vədəsi yetişsin. Həqiqətən Allah vədə xilaf çıxmaz.
Kövsər Tağıyev:
Onunla dağların hərəkət etdiriləcəyi və ya yer üzünün parçalanacağı ya da ölülərin danışdırılacağı bir Qur`an olsaydı, (o yenə bu kitab olardı). Lakin bütün əmr yalnız Allahındır. İman edənlər anlamadılarmı ki, Allah istəsəydi, bütün insanları doğru yola yönəldərdi. Allahın vədi yerinə yetənədək, etdikləri işlər səbəbi ilə inkar edənlərə davamlı olaraq ya böyük bir müsibət üz verəcək və ya o müsibət yurdlarının yaxınına enəcək. Şübhəsiz, Allah verdiyi sözdən dönməz.
M.Qənioğlu və T.Bilaloğlu:
Əgər Quranla dağlar hərəkətə gətirilsəydi, yaxud yer parça-parça kəsilsəydi və onunla ölülər dilə gətirilsəydilər belə (kafirlər yenə də iman gətirməzdilər). Lakin bütün işlər Allaha məxsusdur. Məgər iman gətirənlər bilmirlər ki, əgər Allah istəsəydi, bütün insanlara düz yol göstərərdi? Törətdikləri əməllərə görə kafirlərin başına müsibət gələcək, yaxud da o [müsibət] onların yurdlarının lap yanına düşəcəkdir ki, Allahın vədi yerinə yetsin. Axı Allah vədə xilaf deyildir.
Sabirə Dünyamalıyeva:
Məgər ona Rəbbindən bir işarət/nişanə endirilməli deyildimi, əgər Quran vasitəsi ilə dağlar hərəkətə gəlsə, yer parçalansa və ya ölülər danışsaydılar... De ki: "Şübhəsiz ki, Allah istədiyini azğınlığa salar və könüldən bağlanan kəslər; İman gətirənlər hələ də başa düşmürlərmi ki, əgər Allah istəsəydi, həqiqətən insanların hamısına yol göstərərdi. İnkar edən kəslərə [gəldikdə isə] Allahın vədi yerinə yetənə qədər, işlədikləri əməllərə görə ya başlarına böyük bir bəla edəcək və ya onların yurdunun yaxınlığına enəcək/xilas ola bilməyəcəklər. Şübhəsiz ki, Allah verdiyi vədə xilaf çıxmaz/verdiyi möhləti unutmaz.