Əhzab Surəsi 37. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Bir zaman Allahın nemət verdiyi sənin özünün nemət verdiyin kəsə (Zeyd ibn Harisəyə): “Zövcəni yanında saxla, Allahdan qorx!”– deyirdin. Allahın aşkar edəcəyi şeyi ürəyində gizli saxlayır insanlardan çəkinirdin. Halbuki əslində qorxmalı olduğun məhz Allahdır. Zeyd zövcəsini boşadıqda səni onunla evləndirdik ki, oğulluqları övrətlərini boşadıqları zaman (o qadınlarla evlənməkdə) möminlərə heç bir sıxıntı olmasın. Allahın əmri mütləq yerinə yetəcəkdir.
Bünyadov-Məmmədəliyev:
(Ya Peyğəmbər!) Xatırla ki, bir zaman Allahın (islam dininə yönəltməklə) nemət verdiyi sənin özünün (köləlikdən azad etməklə) nemət verdiyi şəxsə (Zeyd ibn Harisəyə): “Zövzəni (Zeynəb bint Cəhşi) saxla (boşama), Allahdan qorx!” deyir, Allahın aşkar etdiyi şeyi (Zeynəbin boşanacağı təqdirdə onu almağın haqda sənə nazil olan vəhyi) ürəyində gizli saxlayır adamlardan (onların Peyğəmbər oğulluğunun boşadığı övrətlə evlənir, deyəcəklərindən) qorxurdun. Halbuki əslində sənin qorxmalı olduğuna ən çox layiq Allahdır. Zeyd zövcəsi ilə əlaqəsini kəsdikdə (Zeynəbi boşadıqda) səni onunla evləndirdik ki, oğulluqları övrətlərini boşadıqları zaman onlarla evlənməkdə möminlərə heç bir çətinlik (günah) olmasın! (Bu işdən möminlərə heç bir günah gəlmədiyini bildirmək üçün belə bir övrətlə birinci səni evləndirib bütün müsəlmanlara nümunə etdik). Allahın hökmü mütləq yerinə yetər!
Elmir Quliyev :
Вот ты сказал тому, кому Аллах оказал милость и кому ты сам оказал милость (Зейду, сыну Харисы): "Удержи свою жену при себе и побойся Аллаха". Ты скрыл в своей душе то, что Аллах сделает явным, и ты опасался людей, хотя Аллах больше заслуживает того, чтобы ты опасался Его. Когда же Зейд удовлетворил с ней свое желание (вступил с ней в половую близость или развелся с ней), Мы женили тебя на ней, чтобы верующие не испытывали никакого стеснения в отношении жен своих приемных сыновей после того, как те удовлетворят с ними свое желание. Веление Аллаха обязательно исполняется!
Ələddin Sultanov:
(Ey Peyğəmbər!) Bir zamanlar Allahın nemət verdiyi, sənin yaxşılıq etdiyin kimsəyə: “Zövcəni saxla (boşama) Allahdan qorx!” - deyirdin. Allahın üzə çıxaracağı şeyi insanlardan çəkinərək içində gizli saxlayırdın. Halbuki qorxmağına ən çox layiq olan Allahdır. Zeyd onu boşadığı zaman Biz onu sənə nikahladıq ki, oğulluqları zövcələrini boşadıqları zaman (möminlər o qadınlarla evlənmək istəyərlərsə,) möminlərə bir çətinlik olmasın. Allahın əmri yerinə yetirilmişdir. (Yuxarıdakı ayədə qeyd olunan Quranda adı keçən yeganə səhabə Zeyd ibn Harisədir. Zeyd Həzrət Peyğəmbərin oğulluğu idi. Həzrət Peyğəmbər onu öz xalası qızı Zeynəblə evləndirmişdi. Daha sonra Zeyd Zeynəblə boşanmış Həzrət Peyğəmbər Zeynəblə evlənmişdi. Bu ayə ilə ərəb adətlərindən olan bir kişinin oğulluğunun boşadığı qadınla evlənə bilməyəcəyi anlayışı ortadan qalxmışdır.)
Kerbelayi Malik ağa:
Allahın onu nemətləndirdiyi sənin nemət verdiyin adama: ‘Zövcəni saxla (boşama) Allaha qarşı təqva sahibi ol.’ demişdin. Allahın açıqlayacağı şeyi nəfsində gizli saxlayırdın. İnsanlardan qorxurdun (çəkinirdin). Allah qorxmağın (çəkinməyin) üçün daha çox haqq sahibidir. Sonra Zeyd ondan əlaqəsini kəsdikdə onu səninlə evləndirdik ki, övladlıqlarının əlaqələrini kəsdiyi (boşadıqları) qadınlarla evlənməkdə möminlərin üzərində bir çətinlik olmasın. (Beləcə) Allahın əmri yerinə yetirilmiş oldu.
Ələsgər Musayev:
Onda sən dedin o kəs üçün ki, Allah ona nemət bağışlayıb sən ona nemət bağışlayıbsan: «Saxla zövcəni özündə qorx Allahdan!» nəfsində məxfi etdin Allahın aşkar etdiyini çəkindin insanlardan Allah haqdır ki, çəkinəsən Ondan. Amma elə ki, Zeyd ona qarşı olan öz istəyini yerinə yetirdi, Biz onu sənə zövc etdik ondan ötrü ki, inananlar üçün çətinlik olmasın öz övladlıqlarının zövclərini onda ki, onların talağı verildi özlərinə əqd etməkdə. Allahın əmri yerinə yetər!
A.Mehdiyev və D.Cəfərli:
(Ya Peyğəmbər, yada sal) o zaman(ı) ki, Allahın (iman) nemət(i) əta etmiş olduğu sənin ona nemət verdiyin (azad edərək oğulluğa götürdüyün) şəxsə deyirdin: «Zövcəni saxla (boşama), Allahdan qorx». sən (gələcəkdə) Allahın aşkar edəcəyi şeyi (onun boşanmış zövcəsi ilə evlənməyə əmr olunmağını) öz ürəyində gizli saxlayırdın camaatdan qorxurdun (ki, desinlər: «Öz oğulluğunun boşadığı zövcəsi ilə evlənmişdir»). Halbuki Allah Ondan qorxmağa daha layiqdir. Beləliklə elə ki, Zeyd ondan ehtiyacını çəkdi (onunla əlaqəsini kəsib ona təlaq verdi) onu sənin kəbininə keçirdik (səninlə evləndirdik) ki, (gələcəkdə) oğulluqları öz ehtiyaclarını zövcələrindən çəkdikləri zaman (onları boşadıqda) möminlər üçün öz oğulluqlarının zövcələri ilə evlənməkdə bir çətinlik maneə olmasın, Allahın (yaradılış) əmri daim olasıdır.
Kövsər Tağıyev:
Xatırla ki, sən Allahın nemət verdiyi, sənin (azad etməklə) yaxşılıq etdiyin kimsəyə: “Zövcəni nikahında saxla (onu boşama) Allahdan çəkin”, deyirdin. Allahın aşkar edəcəyi bir şeyi içində gizli saxlayır insanlardan çəkinirdin. Halbuki Allah çəkinmənə daha layiq idi. Zeyd zövcəsinə istədiyini etdikdə (onu boşadıqda) onu səninlə evləndirdik ki, zövcələrinə istədiklərini etdikləri zaman (onları boşadıqları zaman) övladlıqlarının zövcələri ilə evlənmələri barəsində möminlərə bir çətinlik olmasın.
M.Qənioğlu və T.Bilaloğlu:
O zaman sən Allahın nemətləndirdiyi özünün nemətləndirdiyin kəsə deyirdin: "Zövcəni öz yanında saxla [boşama] Allahdan qorx!" Allahın aşkar edəcəyi şeyi sən öz ürəyində gizlədir adamlardan qorxurdun. Halbuki Allah sənin Ondan qorxmağına daha layiqdir. Zeyd zövcəsi ilə əlaqəsini kəsdikdən sonra Biz səni onunla evləndirdik ki, oğulluqları arvadları ilə əlaqələrini kəsdikləri zaman (o arvadlarla evlənmək istədərsə) möminlərə bir sıxıntı olmasın. Allahın əmri mütləq yerinə yetir.
Sabirə Dünyamalıyeva:
Bir vaxt sən, Allahın nemət verdiyi sənin nemət verdiyin adama: "Zövcəni çətin olsa yanında saxla Allahın mühafizəsi altına daxil ol!" deyirdin insanlardan çəkinərək Allahın aşkar edəcəyi şeyi öz içində gizli saxlayırdın. Halbuki daha layiqlisi bu idi ki, Allahın qarşısında hörmətlə, məhəbbətlə, elmlə ürpərəsən. Artıq Zeyd, Zeynəblə əlaqəsini kəsdikdə, Biz seni Zeynəbə zövc etdik.[Belə etdik] ki, oğulluqları zövcələrini boşadığı zaman, oğulluqlarından ayrılan qadınla evlənmək barədə möminlər üçün bir çətinlik olmasın. Allahın əmri yerinə yetirilmişdir.