Zümər Surəsi 38. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Əgər sən onlardan: “Göyləri yeri kim yaratmışdır?”– deyə soruşsan, onlar mütləq: “Allah!”– deyəcəklər. De: “Bir deyin görək, əgər Allah mənə bir zərər toxundurmaq istəsə, sizin Allahdan başqa ibadət etdikləriniz Onun zərərini aradan qaldıra bilərlərmi? Ya da O mənə bir mərhəmət göstərmək istəsə, onlar Onun mərhəmətinin qarşısını ala bilərlərmi?” De: “Mənə Allah yetər. Təvəkkül edənlər yalnız Ona təvəkkül edirlər!”
Bünyadov-Məmmədəliyev:
Həqiqətən, əgər onlardan: “Göyləri yeri kim yaratmışdır?!” deyə soruşsan, mütləq: “Allah!” deyə cavab verəcəklər. (Ya Peyğəmbər!) De: “Elə isə bir söyləyin görək, əgər Allah mənə bir zərər toxundurmaq (sıxıntı vermək) istəsə, sizin Allahdan qeyri ibadət etdikləriniz (bütlər, tanrılar) Onun zərərini aradan qaldıra bilərlərmi?! Yaxud: “Əgər Allah mənə bir mərhəmət əta etmək istəsə, onlar Onun mərhəmətinə mane ola bilərlərmi?!” De: “Mənə təkcə Allah kifayət edər. Təvəkkül edənlər yalnız Ona təvəkkül edərlər!”
Elmir Quliyev :
Если ты спросишь их: "Кто создал небеса и землю?" они непременно скажут: "Аллах". Скажи: "Видели ли вы тех, к кому вы взываете вместо Аллаха? Если Аллах захочет навредить мне, разве они смогут отвратить Его вред? Или же, если Он захочет оказать мне милость, разве они смогут удержать Его милость?" Скажи: "Довольно мне Аллаха. На Него одного уповают уповающие".
Ələddin Sultanov:
Onlardan: “Göyləri yeri kim yaratmışdır?” - deyə soruşsan, onlar hökmən: “Allah!” - deyəcəklər. De ki: “Elə isə deyin görək, əgər Allah mənə bir zərər yetirmək istəsə, Allahdan başqa dua etdikləriniz Onun zərərini dəf edə bilərlərmi? Yaxud Allah mənə mərhəmət etmək istəsə, onlar Onun mərhəmətinə mane ola bilərlərmi?” De: “Allah mənə yetər. Təvəkkül edənlər ancaq Ona təvəkkül edərlər!”
Kerbelayi Malik ağa:
Əgər həqiqətən onlara: ‘Göyləri yeri kim yaratdı?’ deyə soruşsan, mütləq: ‘Allah’ deyərlər. De ki: ‘Allahdan başqa tapındıqlarınızı gördünüzmü? Əgər Allah mənə bir zərər diləsəydi, Onun zərərini onlar aradan qaldıra bilərmi? Yaxud mənə bir rəhmət diləsəydi, Onun rəhmətinə mane ola bilərlərmi?’ De ki: ‘Allah mənə kifayət edər! Təvəkkül edənlər (yalnız) Ona təvəkkül edərlər.’
Ələsgər Musayev:
Əgər sən onlardan sual etsən: «Kim xəlq edib səmaları ərzi?» Deyərlər: «Allah!» De: «Ə, gördünüzmü ki, Allahdan başqa çağırırsınız, əgər iradə etsə Allah mənə bir zərər yetirsin, onlar Onun zərərindən mənə şəfa edə bilərlərmi? Ya iradə etsə Öz rəhmətindən versin mənə, onlar Onun rəhmətinin qarşısını ala bilərlərmi?» De: «Hesabı Allahın üzərimdə mənim kifayətdir. Təvəkkül edənlər Ona təvəkkül edirlər!»
A.Mehdiyev və D.Cəfərli:
Əgər onlardan göyləri yeri kimin yaratmasını soruşsan, şübhəsiz «Allah» deyə (cavab verə)cəklər. (Çünki onlar öz məbudlarını uluhiyyət yaradılışda deyil, rübubiyyətdə işlərin idarəçiliyində Allahın şəriki hesab edirdilər.) De: «Mənə xəbər verin (görüm) əgər Allah mənə bir zərər-ziyan (vurmaq) istəsə Allahın yerinə çağırdıqlarınız Onun zərər-ziyanını aradan qaldıra bilərlər? Yaxud O, mənə bir mərhəmət istəsə, onlar Onun mərhəmətinin qarşısını ala bilərlər?» De: «Mənə Allah kifayətdir. Təvəkkül edənlər yalnız Ona təvəkkül edirlər.»
Kövsər Tağıyev:
And olsun, əgər onlardan: “Göyləri yeri kim yaratdı?” deyə soruşsan, əlbəttə: “Allah”, deyərlər. De ki: “Deyin görək, Allahı buraxıb ibadət etdikləriniz ki var, əgər Allah mənə bir zərər vermək istəsə, onlar Allahın toxundurduğu zərəri aradan qaldıra bilərlərmi? Yaxud Allah mənə bir rəhmət diləsə, onlar Onun rəhmətinə mane ola bilərlərmi?” De ki: “Allah mənə yetər. Təvəkkül edənlər sadəcə Ona təvəkkül edərlər”.
M.Qənioğlu və T.Bilaloğlu:
And olsun, sən onlardan soruşanda ki, göyləri yeri kim yaradıb, həqiqətən onlar: "Allah!" - deyərlər. De: "Allahı qoyub çağırdığınız o başqaları barəsində heç düşünmüsünüzmü? Əgər Allah mənə bir xətər yetirmək istəsə, məgər onlar Onun xətərini sovuşdura bilərlər? Yaxud mənə bir mərhəmət göstərmək istəsə, onlar Onun mərhəmətinin qarşısını ala bilərlər?" De: "Allah mənə bəsdir, təvəkkül edənlər yalnız Ona bel bağlayarlar!”
Sabirə Dünyamalıyeva:
sən, həqiqətən onlara: "O göyləri yeri kim yaratmışdır?" deyə soruşsan, həqiqətən "Allah!" deyəcəklər. De ki: "Elə isə Allahın altındakılardan çağırdıklarınızı heç düşündünüzmü? Əgər Allah mənə bir zərər vermək istəsə, onlar Onun zərərini dəf edə bilən kəslərdirmi? Yaxud mənə bir mərhəmət diləsə, onlar Onun mərhəmətinə mane ola bilən kəslərdirmi? De ki: "Allah, mənə kifayətdir. Təvəkkül edənlər, işlərin nəticəsini ancaq Ona tapşırsınlar."