Mümtahinə Surəsi 4. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
İbrahim onunla birlikdə olanlarda sizin üçün gözəl bir nümunə vardır. Onlar öz qövmünə dedilər: “Həqiqətən, biz sizdən sizin Allahdan başqa tapındığınız şeylərdən uzağıq. Biz sizi inkar edirik. Siz bir olan Allaha iman gətirincəyə qədər bizimlə sizin aranızda daim ədavət nifrət olacaqdır!” Yalnız İbrahimin öz atasına: “Mən sənin üçün mütləq bağışlanma diləyəcəyəm. Fəqət Allahdan sənə gələn (əzabı) dəf edə bilmərəm!”– deməsi istisnadır. (Onlar dedilər): “Ey Rəbbimiz! Biz yalnız Sənə təvəkkül edir yalnız Sənə üz tuturuq. Dönüş yalnız Sənədir.
Bünyadov-Məmmədəliyev:
İbrahim onunla birlikdə olanlar (möminlər) sizin üçün gözəl örnəkdir. O zaman onlar öz qövmünə belə demişdilər: “Şübhəsiz ki, bizim sizinlə sizin Allahdan başqa ibadət etdiklərinizlə (bütlərlə) heç bir əlaqəmiz yoxdur. Biz sizi (dininizi) inkar edirik. Siz bir olan Allaha iman gətirməyincə bizimlə sizin aranızda həmişə ədavət nifrət olacaqdır!” Ancaq İbrahim öz atasına: “Mən (öz Rəbbimdən) mütləq sənin bağışlanmağını diləyəcəm. Mən heç vəchlə səni Allahdan (Allahın əzabından) qurtara bilmərəm (mənim bacardığım yalnız budur)!” deməsi istisnadır (bunda sizin üçün örnək yoxdur). (Onlar həmçinin belə demişdilər:) “Ey Rəbbimiz! Biz ancaq Sənə təvəkkül etdik, tövbə edib ancaq Sənə tərəf qayıtdıq. Axır dönüş ancaq Sənin hüzurunadır.
Elmir Quliyev :
Прекрасным примером для вас были Ибрахим (Авраам) и те, кто был с ним. Они сказали своему народу: "Мы отрекаемся от вас и тех, кому вы поклоняетесь вместо Аллаха. Мы отвергаем вас, и между нами и вами установились вражда и ненависть навеки, пока вы не уверуете в одного Аллаха". Лишь только Ибрахим (Авраам) сказал своему отцу: обязательно буду просить для тебя прощения, но я не властен помочь тебе перед Аллахом. Господь наш! На Тебя одного мы уповаем, к Тебе одному мы обращаемся, и к Тебе предстоит прибытие.
Ələddin Sultanov:
İbrahim onunla birlikdə olanlarda sizin üçün gözəl nümunə vardır. Bir zaman onlar öz qövmlərinə: “Biz sizdən Allahdan başqa ibadət etdiklərinizdən uzağıq. Sizi (ibadət etdiklərinizi) inkar edirik. Görünür ki, siz Allahın bir olduğuna iman gətirənə qədər sizinlə bizim aramızda daimi bir düşmənçilik nifrət olacaqdır”, - demişdilər. Ancaq İbrahimin atasına: “Əlbəttə, sənin bağışlanmağını diləyəcəyəm, lakin Allahdan sənə gələcək heç bir şeyi dəf edə bilmərəm”, - deməsi istisnadır. (O möminlər belə demişdilər:) “Ey Rəbbimiz! Biz Sənə təvəkkül etmişik, Sənə yönəlmişik. Axır dönüş Sənədir! (Həzrət İbrahim iman gətirməyən atasına, onun üçün Allahdan məğfirət diləyəcəyini söyləmiş ona möhlət vermişdi. Ancaq daha sonra İbrahimin atası üçün məğfirət diləməsi Allah tərəfindən qadağan edilmişdi. Çünki kafirlər üçün məğfirət diləmək düzgün bir əməl deyildi.)
Kerbelayi Malik ağa:
Hz. İbrahim onunla birlikdə olanlar sizin üçün gözəl bir örnək olmuşdur. Onlar qövmlərinə belə demişdilər: ‘Şübhəsiz ki, biz sizdən sizin Allahdan başqa tapındığınız şeylərdən uzağıq, sizi inkar edirik. Siz Allahın tək olduğuna iman edənə qədər sizinlə bizim aramızda əbədi olaraq düşmənlik nifrət başladı.’ Hz. İbrahimin, atasına: ‘Sənin üçün mütləq bağışlanma diləyəcəm. (Ancaq) Allahdan sənə gələcək bir əzabı dəf etməyə gücüm yetməz’ sözü (deməsi) istisnadır. ‘Rəbbimiz, biz Sənə təvəkkül etdik. Sənə yönəldik dönüş Sənədir.’
Ələsgər Musayev:
Əlbəttə, sizin üçün yaxşı nümünə oldu Ibrahimdə o kəslərdə ki, onunla idi. Onda dedilər öz qoumlarına: «Biz uzağıq sizdən nədən ki, ibadət edirsiniz Allahdan başqasına. Biz kafirik sizə bizim aramızda sizin aranızda bundan sonra ədavət nifrət vardır əbədi olaraq, ta inanasınız Vahid Allah ilə». Ancaq sözü Ibrahimin atası üçün olmasaydı: «Mən sənin üçün bağışlanmaq istəyəcəyəm mən sənin üçün Allahdan bir şeyə malik deyiləm. Rəbbimiz! Sənə təvəkkül edirik Sənə tərəf döndük Sənə tərəfdir qayıdış!
A.Mehdiyev və D.Cəfərli:
Şübhəsiz, İbrahim(in) onunla birlikdə olanlar(ın rəftarın)da sizin üçün gözəl bir örnək vardır. O zaman onlar öz qövmlər(inin kafirlər)inə demişdilər: «Həqiqətən, biz sizdən Allahdan başqa ibadət etdiklərinizdən uzağıq. Biz siz(in tanrılarınızı ayininiz)i təkzib edirik. siz yeganə olan Allaha iman gətirməyincə həmişə bizimlə sizin aranızda ədavət düşmənçilik olacaqdır.» Yalnız İbrahimin atasına (ögey atasına, ya əmisinə): «Mən sənin üçün (Allahdan) bağışlanmaq diləyəcəyəm mən sənin üçün Allahdan (istəməkdən başqa) heç bir şeyə (heç bir imkana) malik deyiləm.» –deməsi istisnadır. Ey Rəbbimiz, biz Sənə təvəkkül etdik (ürəklə) Sənə tərəf qayıtdıq (hamının) dönüş(ü) Sənə tərəfdir».
Kövsər Tağıyev:
İbrahimdə onunla birlikdə olanlarda sizin üçün gözəl bir nümunə var. Bir vaxt onlar öz qövmlərinə: “Biz sizdən Allahı buraxıb tapındıqlarınızdan uzağıq. Sizi tanımırıq. Siz bir tək Allaha inanıncaya qədər sizinlə bizim aramızda davamlı bir düşmənlik nifrət yaranmışdır”, demişdilər. Yalnız İbrahimin atasına “Sənin üçün mütləq bağışlanma diləyəcəyəm. Lakin Allahdan sənə gələcək hər hansı bir şeyə mane olmağa gücüm çatmaz” sözü istisnadır. Onlar belə dedilər: “Ey Rəbbimiz! Yalnız sənə arxalandıq, səmimiyyətlə yalnız sənə yönəldik. Qayıdış da yalnız sənədir”.
M.Qənioğlu və T.Bilaloğlu:
İbrahimdə onunla birlikdə olanlarda sizin üçün yaxşı bir nümunə [ibrət] vardır. O zaman onlar öz adamlarına belə dedilər: “Bizim sizə Allahdan başqa ibadət etdiklərinizə heç bir dəxlimiz yoxdur. Biz sizi rədd edirik siz yalnız Allaha iman gətirənə qədər bizimlə sizin aranızda daimi ədavət nifrət yaranmışdır." İbrahimin öz atasına dediyi bu sözləri istisnadır: "Mən sənin üçün mütləq bağışlanma diləyəcəyəm. Lakin mən sənin üçün Allahdan gələn heç nəyi dəf edə bilmərəm." (Ey iman gətirənlər, deyin): "Rəbbimiz, Sənə təvəkkül etdik, Sənə yönəldik Sənədir son dönüş!
Sabirə Dünyamalıyeva:
İbrahim onunla birgə olanlar -İbrahimin, atasına "Həqiqətən sənin bağışlanmağını diləyəcəyəm. Allahdan gələn heç bir şeyə gücüm çatmaz" deməyi istisna olmaqla- həqiqətən sizin üçün gözəl bir nümunədir. Bir vaxt İbrahim İbrahim ilə birgə olanlar öz qövmlərinə belə demişdilər: "Biz, sizdən sizin Allahın altındakılardan tapındığınız şeylərdən uzağıq. Biz sizi silib atdıq. siz, bir tək Allaha iman gətirməyincə bizimlə sizin aranızda əbədi bir ədavət nifrət olacaqdır! Rəbbimiz! Yalnız Sənə təvəkkül etdik, Sənə yönəldik. qayıdış ancaq Sənədir.