Əlixan Musayev:
Məgər göylərdə və yerdə olanların, həm də qanad açıb uçan quşların Allaha təriflər dediklərini görmürsənmi? Hər biri öz duasını və həmd-sənasını bilir. Allah onların nə etdiklərini bilir.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Məgər göylərdə və yerdə olanların (mələklərin, insanların, cinlərin), qanadlarını açıb (qatar-qatar) uçan quşların Allahı təqdis edib şəninə təriflər dediklərini görmürsənmi?! Allah onlardan hər birinin duasını, şükür-sənasını (yaxud onların hər biri öz duasını, şükür-sənasını) bilir. Allah onların nə etdiklərini (layiqincə) biləndir!
Elmir Quliyev
:
Разве ты не видел, что Аллаха славят те, кто на небесах и на земле, а также птицы с распростертыми крыльями? Каждый знает свою молитву и свое славословие. Аллах знает о том, что они совершают.
Ələddin Sultanov:
Göylərdə və yerdə olanlarla qatar-qatar uçan quşların Allahı təsbeh etdiyini görmədinmi?! Onların hər biri öz duasını və təsbehini öyrənmişdir. Allah onların nə etdiklərini bilir.
Kerbelayi Malik ağa:
Səmalarda, yerdə olanların və səflər halındakı quşların Allahı təsbeh etdiyini görmədinmi? Hamısı namazlarını (dualarını) və təsbehlərini bilmişdir. Allah onların etdiklərini ən yaxşı biləndir.
Ələsgər Musayev:
Ə, görmürsənmi, saya salır Allahı kim ki, səmalarda və ərzdədir və quşlar ki, səf çəkib uçurlar? Onların küllisi öz islahatlarını və saya salmalarını bilirlər və Allah Alimdir nə ilə ki, fəaliyyətdədirlər!
A.Mehdiyev və D.Cəfərli:
Məgər göylərdə və yerdə olan hər bir kəsin, həmçinin (göydə) qanad aç(ıb uç)an quşların Allahı pak sifətlərlə mədh etmələrini (qəlb gözü ilə) görmürsən?! Onların hər biri (xilqətdə verilmiş bacarığı və istəyi ilə) öz dua, itaət, namaz və zikrini bilmişdir. Allah onların etdiklərini bilir.
Kövsər Tağıyev:
Göylərdə və yer üzündə olan kimsələr ilə sıra-sıra (qanad çırparaq uçan) quşların Allahı təsbih etdiyini görmürsənmi? Hər biri duasını və təsbihini bilir. Allah onların etdiklərini haqqı ilə biləndir.
M.Qənioğlu və T.Bilaloğlu:
Məgər sən göylərdə və yerdə olanların, qatar-qatar quşların da Allaha necə təriflər dediklərini görmürsənmi? Hər biri necə dua etdiyini və necə təriflər dediyini bilir. Allah isə onların nə etdiklərini bilir.
Sabirə Dünyamalıyeva:
Göylərdə və yer üzündə olanların, qatar-qatar uçanların [quşların, arıların, buludların, boranların] Allahı hər cür nöqsanlıqdan pak tutduqlarını görmədinmi/heç düşünmədinmi? Hamısı öz pak tutma işini və dəstəyini/təbiətə verəcəyi töhfəni həqiqətən bilir. Allah da, onların işlədikləri əməlləri ən yaxşı biləndir.