Əhzab Surəsi 50. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Ey Peyğəmbər! Mehrlərini verdiyin zövcələrini, Allahın sənə bəxş etdiklərindən sahib olduğun cariyələri, səninlə birlikdə hicrət etmiş əmin qızlarını, bibilərinin qızlarını, dayın qızlarını, xalalarının qızlarını, habelə Peyğəmbər onunla evlənmək istədiyi təqdirdə özünü Peyğəmbərə bağışlayan hər hansı bir mömin qadını sənə halal etdik. (Sonuncu )digər möminlərə deyil, yalnız sənə məxsusdur. Onlara zövcələri sahib olduqları cariyələr barəsində nəyi vacib buyurduğumuzu bilirik. (Belə etdik) ki, sənə bir çətinlik olmasın. Allah Bağışlayandır, Rəhmlidir.
Bünyadov-Məmmədəliyev:
Ya Peyğəmbər! Mehrlərini verdiyin zövcələrini, Allahın sənə qənimət olaraq verdiklərindən sahib olduğun cariyələri, səninlə birlikdə (Mədinəyə) hicrət etmiş əmin qızlarını, bibilərinin qızlarını, dayın qızlarını, xalalarının qızlarını bir Peyğəmbər onunla evlənmək istədiyi təqdirdə özünü (mehrsiz) Peyğəmbərə bağışlayan hər hansı bir mömin qadını digər möminlərə deyil, yalnız sənə məxsus olmaq üzrə - sənin üçün halal etdik. Onların zövcələri sahib olduqları cariyələr barəsində (“Nisa” surəsində) hökm etdiyimizi (onlara hansı qadınları halal buyurduğumuzu bu məsələdə onları Peyğəmbərlə bir tutmamağımızın hikmətini), əlbəttə, bilirik. (Ya Rəsulum!) Sənə (evlənməkdə) bir çətinlik olmasın deyə (bu buyurduqlarımızı sənə halal etdik). Allah bağışlayandır, rəhm edəndir!
Elmir Quliyev :
О Пророк! Мы сделали для тебя дозволенными твоих жен, которым ты уплатил их вознаграждение, и невольниц, которыми овладела твоя десница и которыми Аллах одарил тебя, а также дочерей твоих дядей со стороны отца, дочерей твоих теток со стороны отца, дочерей твоих дядей со стороны матери, дочерей твоих теток со стороны матери, которые переселились вместе с тобой, а также любую верующую женщину, которая подарит себя Пророку, если Пророк захочет жениться на ней. Последнее дозволено только тебе, но не другим верующим. Мы знаем, что Мы предписали им относительно их жен и невольниц, которыми овладели их десницы. Тебе сделаны исключения для того, чтобы ты не испытывал никакого стеснения. Аллах Прощающий, Милосердный.
Ələddin Sultanov:
Ey Peyğəmbər! Şübhəsiz, mehrlərini verdiyin zövcələrini, Allahın sənə qənimət olaraq verdiyi cariyələri, əmin qızlarını, bibilərinin qızlarını, dayın qızlarını, səninlə birlikdə hicrət etmiş xalalarının qızlarını Peyğəmbər evlənmək istədiyi təqdirdə özünü Peyğəmbərə bağışlayan hər hansı bir mömin qadını sənə halal etdik. Bu, digər möminlərə deyil, sadəcə sənə məxsusdur. Biz sənə çətinlik olmasın deyə onların zövcələri cariyələri barəsində onlara (möminlərə) nəyi fərz etdiyimizi yaxşı bilirik. Allah bağışlayandır, rəhmlidir.
Kerbelayi Malik ağa:
Ey Nəbi (Peyğəmbər)! Şübhəsiz ki, Biz əcrlərini (mehirlərini) verdiyin zövcələrini əlinin altında malik olduğun Allahın qənimət olaraq sənə verdiyi (cariyələrini) halal etdik. Səninlə birlikdə hicrət edən əminin qızları, bibinin qızları, dayının qızları, xalanın qızları özünü Nəbi (Peyğəmbər) üçün hibə edən (bağışlayan) Nəbinin (Peyğəmbərin) onu almaq istədiyi mömin qadınları (digər) möminlər xaric, yalnız sənə məxsus olaraq (halal etdik). Onlara (digər möminlərə) zövcələri əllərinin altında malik olduqları (cariyələri) barədə nəyi fərz etdik, Biz bilirik. (Bu), sənin üzərinə bir çətinlik olmaması üçündür. Allah Ğafurdur, Rəhimdir.
Ələsgər Musayev:
Ay nəbi! Biz sənin üçün halal etdik sənin zövcələrini, hansı ki, əta etmisən onlara ücrətlərini əlinin altında olan kənizlər, nədən fayda verdi Allah üzərinə sənin əmin qızları bibin qızları dayın qızları xalan qızları, hansı ki, səninlə birlikdə hicrət ediblər o inanan arvadı ki, bəxşiş edə öz nəfsini nəbi üçün nəbi onunla nigah etmək istəyə bu, inananlardan başqa xalis sənin üçündür. Əlbəttə, Biz bilirik ki, fərz etdik onların üzərində öz zövcələri əlləri altında olan xidmətçiləri haqqında, ona görə ki, sənin üçün çətinlik olmasın. Oldu Allah Ğəfur, Rəhim!
A.Mehdiyev və D.Cəfərli:
Ey Peyğəmbər, (hələlik qadınlardan yeddi dəstəni) sənə halal etdik: mehriyyələrini verdiyin qadınlar, (döyüşdə əsir düşmələri ilə) Allahın sənə qənimət olaraq verdiklərindən malik olduğun kənizlər, səninlə (Məkkədən Mədinəyə) hicrət etmiş əmin qızları bibilərinin qızları dayın qızları xalalarının qızları Peyğəmbərin onunla evlənmək istədiyi təqdirdə özünü Peyğəmbərə bağışlamış olan (mehriyyəsiz özünü Peyğəmbərin ixtiyarında qoyan) hər hansı möminə qadın (Bu hökm «bağışlamaq» əqdi onun qəbulu ilə nigahın bağlanması) yalnız sənə məxsusdur, digər möminlərə yox. Biz zövcələri kənizləri barədə camaata vacib etdiyimizi (qadınların sayı, mehriyyə, onların dolanışıq xərci kənizlərin hökmləri) bilirik sənə çətinlik məşəqqət olmasın (və müxtəlif evliliklər vasitəsilə ərəb tayfalarını özünlə İslamla bağlayasan) deyə (Sənin üçün qadınlar barəsində bu imkanı yaratdıq) Allah həmişə bağışlayan rəhm edəndir.
Kövsər Tağıyev:
Ey Peyğəmbər! Biz sənə mehrlərini verdiyin zövcələrini, Allahın sənə qənimət olaraq verdiklərindən əlinin altında olan qadınları, səninlə birlikdə hicrət edən əmin qızlarını, bibilərinin qızlarını, dayın qızlarını xalalarının qızlarını sənə halal etdik. Bir digər möminlərə deyil, sadəcə sənə xas olmaq üzrə, mehrsiz olaraq özünü Peyğəmbərə bağışlayan, Peyğəmbərin onunla nikah bağlamaq istədiyi hər hansı bir mömin qadını da (sənə halal etdik.) Zövcələri malik olduqları cariyələr haqqında möminlərə vacib buyurduğumuz şeyləri, əlbəttə, bilirik. Bütün bunlar sənə bir çətinlik olmaması üçündür. Allah çox bağışlayandır, çox mərhəmət edəndir.
M.Qənioğlu və T.Bilaloğlu:
Ey peyğəmbər! Mehrlərini verdiyin zövcələrinin, Allahın sənə bəxş etdiyi cariyələrin, səninlə birlikdə hicrət etmiş əmin qızlarının, bibin qızlarının, dayın qızlarının xalan qızlarının, habelə mömin bir qadın özünü peyğəmbərə bəxş edərsə, peyğəmbər ona evlənmək istərsə, onun da sənin zövcən olmasını sənə halal etdik. (Sonuncu) digər möminlərə deyil, ancaq sənə aiddir. Sənin üçün çətinlik olmasın deyə Biz möminlər üçün zövcələri cariyələri barəsində nələri vacib etdiyimizi bilirik. Allah bağışlayandır, rəhmlidir.
Sabirə Dünyamalıyeva:
Ey Peyğəmbər! Şübhəsiz ki, Biz, mehrlərini verdiyin zövcələrini; Allahın qənimət olaraq sənə verdiklərindən müqavilə ilə malik olduqlarını/müharibə əsirlərindən sənin himayənə verilmiş qadınları; əminin, bibinin, dayının xalanın qızlarından səninlə birgə hicrət edənləri özünü Peyğəmbərə bağışlayan, Peyğəmbərin nikahlamaq istədiyi mömin qadını -möminlərin səviyyəsindən aşağı olmaq üzrə yalnız sənə məxsus olaraq- sənə halal etdik. Biz öz zövcələri müqavilələrinin malik olduqları şeylər barədə sənin xaricindəki möminlərə nəyi vacib buyurduğumuzu qəti surətdə bilirik, daha əvvəl izah etdik. Bu hal; sənə məxsusi olaraq gətirilən çoxarvadlılıq digər məxsusi maddələr, sənin üçün bir çətinlik olmasın deyədir. Allah, qullarının günahlarını çox örtən, onları cəzalandırmağa çox bağışlayandır, dərin mərhəmət sahibidir.