Əlixan Musayev:
Muhəmməd ancaq bir elçidir. Ondan əvvəl də elçilər gəlib getmişlər. Məgər o ölərsə və ya öldürülərsə siz gerimi dönəcəksiniz? Kim geri dönərsə, Allaha heç bir zərər yetirməz. Allah şükür edənləri mükafatlandırar.
Bünyadov-Məmmədəliyev:
Muhəmməd ancaq bir peyğəmbərdir. Ondan əvvəl də peyğəmbərlər gəlib-getmişlər. Əgər o, ölsə və ya öldürülsə, siz gerimi dönəcəksiniz? (Dininizdən dönəcək və ya döyüşdən qaçacaqsınız?) Halbuki geri dönən şəxs Allaha heç bir zərər yetirməz. Lakin Allah şükür edənlərə mükafat verər.
Elmir Quliyev
:
Мухаммад является всего лишь Посланником. До него тоже были посланники. Неужели, если он умрет или будет убит, вы обратитесь вспять? Кто обратится вспять, тот ничуть не навредит Аллаху. Аллах же вознаградит благодарных.
Ələddin Sultanov:
Mühəmməd ancaq bir peyğəmbərdir. Ondan əvvəl də peyğəmbərlər gəlib getmişlər. İndi o ölsə, yaxud öldürülsə, geri (əvvəlki dininizəmi) dönəcəksiniz? Kim geri dönərsə, Allaha heç bir zərər yetirmiş olmaz. Allah şükür edənləri mükafatlandıracaqdır. (Ühüd döyüşündə Abdullah ibn Qamiə adlı bir müşrikin atdığı daş nəticəsində Həzrət Peyğəmbərin (s.ə.s.) bir dişi qırılmış və üzü yaralanmışdı. Bu müşrikin: “Mühəmmədi öldürdüm!” – deyərək qışqırmasını eşidənlər: “Mühəmməd öldürüldü!” – deyə xəbər yaydılar və bu yalan xəbər müsəlmanlar arasında yayıldı. Beləcə, müsəlman əsgərlər arasında çaxnaşma yarandı. Həzrət Peyğəmbər (s.ə.s.) isə: “Buradayam! Bura gəlin!” – deyə səslənirdi. Yuxarıdakı ayə bu yalan xəbərə görə çaxnaşmaya düşən müsəlman əsgərləri tənbeh etmək məqsədilə nazil olmuşdur. Yəni, Həzrət Peyğəmbər (s.ə.s.) fanidir, İslam dini isə qiyamətə qədər baqidir.)
Kerbelayi Malik ağa:
Məhəmməd yalnız bir Rəsuldur. Ondan əvvəl də rəsullar gəlib getmişdir. İndi O, öldü və ya öldürüldü isə, siz topuqlarınız üzərində geriyəmi dönəcəksiniz? Kim topuqları üzərində geriyə dönsə, bundan sonra Allaha əsla heç bir şeylə zərər verə bilməz. Allah şakirləri (şükür edənləri) yaxında mükafatlandıracaq.
Ələsgər Musayev:
Muhəmməd ancaq rəsuldur. Əlbəttə, keçib
getdilər ondan qabaq rəsullar. Əgər ölsə, ya qətlə yetirilsə, siz
geriyəmi üz tutacaqsınız? Kim geriyə üz tutarsa, zərər vura
bilməz Allaha şeynən və Allah şükür edənlərin mükafatını
verər!
A.Mehdiyev və D.Cəfərli:
Muh?mm?d (s?ll?llahu ?leyhi v? alihi v? s?ll?m) yaln?z bir peyg?mb?rdir ki, ondan onc? (d?) peyg?mb?rl?r g?lib getmisl?r. Buna gor? d? ?g?r o ols? v? ya olduruls?, siz oz kecmisiniz? qay?dacaqs?n?z (?qid?l?rinizd?n ?l c?k?c?ksiniz)?! Oz kecmisin? qay?dan s?xs Allaha hec bir ziyan vurmaz. Allah tezlikl? sukr ed?nl?ri mukafatland?racaqd?r.
Kövsər Tağıyev:
Muhamməd sadəcə bir peyğəmbərdir. Ondan əvvəl də peyğəmbərlər gəlib keçmişdir. İndi o ölər və ya öldürülərsə, geri (köhnə dininizə) dönəcəksiniz? Kim geri dönərsə, Allaha heç bir zərər verə bilməz. Allah şükür edənləri mükafalandıracaqdır.
M.Qənioğlu və T.Bilaloğlu:
Məhəmməd ancaq bir peyğəmbərdir. Ondan əvvəl də peyğəmbərlər gəlib getmişlər. Məgər o ölərsə və ya öldürülərsə, siz gerimi dönəcəksiniz? Geri dönən heç nədə Allaha ziyan vura bilməz. Allah şükr edənləri isə mükafatlandırar.
Sabirə Dünyamalıyeva:
Və Məhəmməd ancaq bir elçidir. Həqiqətən ondan əvvəl də elçilər gəlib getmişlər. İndi əgər o ölsə və ya öldürülsə gerimi dönəcəksiniz? Kim geri dönsə, bilsin ki, Allaha heç bir zərər yetirməz. Və Allah, sahib olduğu nemətlərin əvəzini ödəyənlərə əvəz Verəcəkdir.