Ənam Surəsi 148. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Müşriklər deyəcəklər: “Allah istəsəydi, biz, atalarımız (Ona) şərik qoşar, biz bir şeyi haram edə bilərdik”. Onlardan əvvəlkilər (öz peyğəmbərlərini) beləcə yalançı hesab etmişdilər. Axırda əzabımızı daddılar. De: “Bizə göstərə biləcəyiniz bir bilginizmi var? Siz ancaq zənnə qapılır ancaq yalan danışırsınız”.
Bünyadov-Məmmədəliyev:
Müşriklər belə deyəcəklər: “Əgər Allah istəsəydi, biz, atalarımız müşrik olar biz bir şeyi haram edə bilərdik. Onlardan əvvəlkilər (öz peyğəmbərlərini) belə təkzib etmişdilər. Nəhayət, əzabımızı daddılar. (Onlara) de: “Bizim qarşımıza çıxara biləcək bir elminiz varmı? Siz yalnız zənnə qapılır yalan uydurursunuz!”
Elmir Quliyev :
Многобожники скажут: "Если бы Аллах пожелал, то ни мы, ни наши отцы не приобщали бы сотоварищей и не запрещали бы ничего". Так же считали лжецами посланников те, кто были до них, пока они не вкусили Наше наказание. Скажи: "Есть ли у вас какое-либо знание, которое вы можете представить нам? Вы лишь следуете предположениям и лжете".
Ələddin Sultanov:
Müşriklər: “Əgər Allah diləsəydi, biz də, atalarımız da müşrik olmazdıq heç bir şeyi haram etməzdik”, - deyəcəklər. Onlardan əvvəlkilər bu şəkildə (peyğəmbərləri) təkzib etmiş sonunda əzabımızı dadmışdılar. De: “Yanınızda bizə göstərə biləcəyiniz bir bilgi (dəlil) varmı? Siz ancaq zənnə uyursunuz yalan söyləyirsiniz”.
Kerbelayi Malik ağa:
Şirk qoşanlar belə söyləyəcəklər: ‘Əgər Allah diləsəydi, biz atalarımız şirk qoşmazdıq heç bir şeyi haram etməzdik.’ Onlardan əvvəlkilər əzabımızı dadana qədər məhz belə yalanladılar. De ki: ‘Sizin yanınızda elmdən bir şey varmı? Elə isə (varsa) onu bizim qarşımıza çıxardın. Siz ancaq zənnə tabe olursunuz. Siz yalnız yalan danışırsınız.’
Ələsgər Musayev:
Əgər səni yalançı saysalar, de: «Rəbbiniz geniş rəhmət sahibidir Onun qəzəbi cərimə olunmuş qoumdan rədd olmaz!»
A.Mehdiyev və D.Cəfərli:
Müşriklər tezliklə «əgər Allah istəsəydi biz, atalarımız (Ona) şərik qoşardıq bir şeyi (özümüzə) haram edərdik (deməli, Allah bizim Ona şərik qoşmağımıza bəzi şeyləri haram etməyimizə razıdır)!» deyəcəklər. Onlardan əvvəlkilər (də peyğəmbərlərini şirkin bidətin haramlığı barədə) beləcə təkzib etdilər nəhayət bizim əzabımızı daddılar. De: «Sizin əlinizdə (dəlil-sübutu olan) bir elm varmı ki, onu bizim üçün (qarşımıza) çıxarasınız?! Siz gümandan başqa bir şeyə tabe olmur təxmindən başqa bir şeylə danışmırsınız.» (Çünki, Allaha şərik qoşmaq bir sıra şeylərin əsassız olaraq haram edilməsinin qarşısının yaradılışda alınmaması, Allahın onlara razı olması demək deyildir.)
Kövsər Tağıyev:
Allaha şərik qoşanlar deyəcəklər ki: “Əgər Allah istəsəydi, biz şərik qoşmazdıq, atalarımız da. Heç bir şeyi haram saymazdıq”. Onlardan əvvəlkilər (öz peyğəmbərlərini) belə təkzib etmişdilər, axırda əzabımızı dadmışdılar. De ki: “Sizin (iddianızı isbat edəcək) bir elminiz varmı ki, onu bizə göstərəsiniz? Siz ancaq zənnə uyursunuz siz ancaq yalan danışırsınız”.
M.Qənioğlu və T.Bilaloğlu:
Allaha şərik qoşanlar deyəcəklər: "Əgər Allah istəsəydi biz Ona şərik qoşardıq, atalarımız. Heç bir şeyi haram saymazdıq." Onlardan əvvəlkilər Bizim gücümüzü dadana qədər beləcə yalan danışdılar. De: “Sizdə elə bir bilik varmı ki, onu bizə göstərə biləsiniz? Siz ancaq gümana uyur yalnız yalan uydurursunuz.”
Sabirə Dünyamalıyeva:
Allaha şərik qoşan kəslər deyəcəklər ki: "Allah istəsəydi, biz şərik qoşmazdıq, atalarımız da müşrik olmazdılar, heç bir şeyi haram etməzdik." Onlardan əvvəl təkzib edənlər əzabımızı dadana qədər bax beləydilər. De ki: "Yanınızda bizim qarşımıza çıxara biləcəyiniz bir elm varmı? Siz, ancaq zənnə qapılırsınız siz ancaq boşboğazlıq edirsiniz."