Əlixan Musayev:
Sonra O, bu qəm-qüssənin ardınca sizə bir təskinlik – bir qisminizi bürüyən mürgü nazil etdi. O biri qisminiz isə öz canlarının hayına qaldı. Onlar: “Bu işdə bizim üçün bir xeyir varmı?”– deyə Allah barəsində haqsız olaraq, cahiliyyə (dövründəkinə bənzər) düşüncələrə qapıldılar. De: “Bütün işlər Allaha aiddir!” Onlar sənə bildirmədiklərini öz içərilərində gizlədir: “Əgər bu işdə bizim üçün bir xeyir olsaydı, elə buradaca öldürülməzdik”– deyirlər. De: “Əgər siz evlərinizdə olsaydınız belə, öldürülməsi qabaqcadan müəyyən edilmiş kimsələr yenə çıxıb öləcəkləri yerlərə gedərdilər. Allah sizin kökslərinizdə olanları sınamaq, qəlblərinizdə olanları təmizləmək üçün (belə etdi). Allah kökslərdə olanları bilir”.
Bünyadov-Məmmədəliyev:
Bu qəm qüssədən sonra Allah sizə rahatlıq üçün xəfif bir uyğu göndərdi. O sizin bir qisminizi bürüdü. O biri qisminiz isə ancaq öz canlarının harayına qalaraq: “Bu işdə bizim üçün bir şey (xeyir) varmı?” – deyə Allaha qarşı haqsız yerə, cahiliyyətə xas olan düşüncələrə qapıldılar. (Ya Rəsulum!) Onlara de: “Əlbəttə, bütün işlər Allaha məxsusdur (Allahın əlindədir)”. Onlar (münafiqlər) sənə açıb bildirmədikləri şeyləri öz ürəklərində gizlədərək: “Əgər bu işdə bizim üçün bir şey (bir qələbə) olsaydı, elə buradaca öldürülməzdik”, - deyirlər. (Ya Rəsulum!) De: “Əgər siz evlərinizdə olsaydınız belə, alınlarına ölüm yazılmış kəslər yenə çıxıb əbədi yatacaqları (öləcəkləri) yerlərə gedərdilər ki, Allah (bununla) sizin ürəklərinizdə olanları (səmimiyyət və ikiüzlülüyü) yoxlayıb aşkara çıxartsın və qəlblərinizdə olanları (niyyətlərinizi) təmizləsin. Allah ürəklərdə olanları biləndir!”
Elmir Quliyev
:
После печали Он ниспослал вам успокоение — дремоту, охватившую некоторых из вас. Другие же были озабочены размышлениями о себе. Они несправедливо думали об Аллахе, как это делали во времена невежества, говоря: "Могли ли мы сами принять какое-нибудь решение (или получим ли мы что-нибудь от этого дела)?" Скажи: "Дела (или решения) целиком принадлежат Аллаху". Они скрывают в своих душах то, чего не открывают тебе, говоря: "Если бы мы сами могли принять какое-нибудь решение (или если бы мы что-нибудь получили от этого дела), то не были бы убиты здесь". Скажи: "Даже если бы вы остались в своих домах, то те, кому была предначертана гибель, непременно вышли бы к месту, где им суждено было полечь, и Аллах испытал бы то, что в вашей груди, и очистил бы то, что в ваших сердцах. Аллаху известно о том, что в груди".
Ələddin Sultanov:
Sonra kədərin arxasınca sizə, bir qisminizi bürüyən və əminlik verən xəfif bir yuxu göndərdi. Bir qisminiz isə Allaha qarşı haqsız yerə cahiliyyə düşüncələrinə qapılaraq öz canlarının dərdinə düşüb deyirdilər: “(Ühüd döyüşü barəsində alınan bu) qərarda bizim rolumuz vardımı?” De: “Şübhəsiz, bütün qərarlar Allaha məxsusdur”. Onlar, sənə açıqdan demədiklərini içlərində gizlədərək belə deyirlər: “Əgər qərar verilərkən bizim də fikrimiz alınsaydı, elə buradaca öldürülməzdik”. De: “Evlərinizdə olsaydınız belə, (alınlarına) ölüm yazılmış kimsələr (öldürülüb) düşəcəkləri yerlərə gedərdilər. Allah sizin ürəklərinizdə olanları yoxlamaq və qəlblərinizdəkini (niyyətlərinizi) təmizləmək (üçün belə etdi). Allah ürəklərdəkini biləndir!”
Kerbelayi Malik ağa:
Sonra (Allah) bu qəmin arxasından sizin üzərinizə sükunət (rahatlıq) verən bir yuxu endirdi, içinizdən bir qrupu bürüdü və digər qrup canlarına əhəmiyyət vermişdi (canlarının harayına qalmışdılar). Allaha qarşı cahiliyyə zənni ilə haqsız düşüncələrə qapılırlar: ‘Bu əmrdən bizə bir şey (bir nəsib) varmı?’ deyirlər. (Onlara): ‘Şübhəsiz ki, əmrlərin hamısı Allahındır.’ de. İçlərində sənə açıqlamadıqları bir şey gizlədirlər. ‘Bu əmrdən bizə bir şey (bir nəsib) olsaydı, burada öldürülməzdik.’ deyirlər. Əgər siz, evlərinizdə belə olsaydınız, üzərinə qətl (öldürülmələri) yazılmış olanlar, yatacaqları (ölüb düşəcəkləri) yerə mütləq çıxıb gedərlər. (Bu) Allahın sizin sinələrinizdə olanı sınamaq və qəlblərinizdə olandan (şübhədən) sizi təmizə çıxarmaq (fitnədən qurtarmaq) üçündür. Allah sinələrdə olanı ən yaxşı biləndir.
Ələsgər Musayev:
Sonra nazil etdi üzərinizə qəmin ardından əminlik
mürgüsü, hansı ki, bürüdü sizdən olan bir tayfaynı. Və o biri
tayfa isə narahat idi öz nəfslərinə. Zənn etdilər Allah ilə qeyri
haqq cahilliyyət zənni. Deyirlər: «Bizim üçün bu əmrdən,
şeydən varmı?» De: «Həqiqətən, əmrin küllisi onun Allah
üçündür!» Onlar məxfi edirlər nəfslərində nə ki, sənə
aşkarlamırlar. Deyirlər: «Əgər ola bizim üçün əmrdən şey,
nə ki, burada qətlə yetirilməzdik!» De: «Əgər olsaydınız
evlərinizdə, yenə də o kəslər ki, yazılıb üzərlərinə qətl
olunmaq, yatacaqları yerə tərəf gedərdilər, Allahın sınaması
üçün nə ki, ürəklərinizdədir və təmizləməsi üçün nə ki,
qəlblərinizdədir!» Və Allah Alimdir zatı ilə ürəklərin!
A.Mehdiyev və D.Cəfərli:
Sonra, bu q?m-quss?nin ard?nca, siz? x?fif bir yuxu s?klind? rahatl?q nazil etdi. O, sizd?n bir d?st?ni burudu. Basqa bir d?st? is? yaln?z oz can?n?n hay?nda idi, Allah bar?sind? nahaq gumana-cahiliyy?t dovrun? xas z?nn? qap?l?rd?lar. (Uzd? s?n?) «gor?s?n, bu isd?n (q?l?b?d?n) biz? d? bir sey dusur?» deyirdil?r. De: «Subh?siz, isl?rin ham?s? Allaha aiddir.» Onlar q?lbl?rind? s?n? askar etm?dikl?ri bir seyi gizl?dirl?r. (Ur?kl?rind? v? ya oz aralar?nda) deyirl?r: «?g?r (veril?n v?d?l?r dogru olsayd? v?) bu isd?n (q?l?b?d?n) biz? d? bir sey duss?ydi, biz burada oldurulm?zdik!» De: «?g?r siz h?tta oz evl?rinizd? bel? olsayd?n?z, subh?siz, (Lovhi-m?hfuzda) bar?l?rind? oldurulm?k yaz?lm?s, q?rara al?nm?s k?sl?r (doyus meydan?ndak?) yataqlar?na t?r?f h?r?k?t ed?rdil?r (ki, Allah?n q?za-q?d?ri gerc?kl?ssin) v? Allah sizin sin?l?rinizd? olan? (niyy?tl?rinizi) yoxlas?n v? q?lbl?rinizd? olan? (iman?n?z?) xalisl?sdirsin. Allah ur?kl?rd? olan? (sizin niyy?tl?rinizi) bil?ndir.
Kövsər Tağıyev:
Sonra o kədərin ardından (Allah) üzərinizə sizdən bir qismini bürüyən bir güvən, bir yuxu endirdi. Bir qisminiz də öz canlarının dərdinə düşdülər. Allaha qarşı cahiliyyə zənni kimi həqiqətə uyğun olmayan bir gümana düşür: “Bu işdə bizim heç bir dəxlimiz yoxdur”, – deyirdilər. De ki: “Bütün iş Allahındır”. Onlar sənə açıq bir şəkildə bildirə bilmədiklərini içlərində saxlayır və deyirlər ki: “Bu barədə bizim əlimizdə bir şey olsaydı, burada öldürülməzdik”. De ki: “Evlərinizdə də olsaydınız, üzərilərinə ölüm yazılmış olanlar mütləq yatacaqları (öldürüləcəkləri) yerlərə çıxıb gedəcəkdilər. Allah bunu sinələrinizdəkini sınamaq, qəlblərinizdəkini təmizləmək üçün etdi. Allah sinələrin özünü (qəlblərdə olanı) bilir”.
M.Qənioğlu və T.Bilaloğlu:
Sonra isə O, sizə bu kədərdən sonra bir dəstənizi rahat olmaq üçün bürüyən yuxu nazil etdi. O biri dəstə isə öz canının hayına qaldı və haqsız olaraq Allah barəsində cahilliyə dövründə düşünənlər kimi düşünərək dedi: "Bu işdən bizə bir şey [xeyir] varmı?" De: "Bütün işlər Allaha aiddir." Onlar sənə bildirmədikləri şeyləri ürəklərində saxlayıb dedilər "Bu işdən bizim üçün nə isə olsaydı, bax biz buradaca öldürülməzdik." De: "Əgər evlərinizdə olsaydınız belə, öldürülməsi (alınlarına) yazılmış kəslər öz son yataqlarına yola düşərdilər." Allah bunu ürəklərinizdə olanları yoxlamaq, ürəklərinizdəki (pis şeyləri) təmizləmək üçün (edir). Allah ürəklərinizdə olanlardan xəbərdardır.
Sabirə Dünyamalıyeva:
Sonra Allah, o qəm-qüssənin ardınca sizə bir rahatlıq, içinizdən bir dəstəni örtüb bürüyən bir yuxu nazil etdi. Bir dəstə də öz nəfslərinin sevdasına düşdü; Allaha qarşı həqiqətdən uzaq cahiliyyət düşüncələri olaraq, zənnə qapılırdılar. Onlar: "Bu işdən bizə bir şey varmı?" deyirdilər. -De ki: "Bütün iş Allaha məxsusdur.- Onlar, sənə açıb bildirməyəcəkləri şeyləri öz daxillərində gizləyirdilər. Onlar: "Bizə bu işdən bir şey olsaydı, elə buradaca öldürülməzdik" deyirdilər. De ki: "Əgər siz, evlərinizdə olsaydınız belə, barələrində öldürülmək yazılmış olanlar həqiqətən uzanıb yatacaqları [öldürüləcəkləri] yerlərə çıxıb gedəcəkdi." Və o, Allahın sizin sinənizdə olanları sınaması və qəlblərinizdə olanları təmizləməsi üçündür. Və Allah sinələrinizdə olanları çox yaxşı biləndir.