Maidə Surəsi 75. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Məryəm oğlu Məsih ancaq bir elçidir, ondan əvvəl elçilər gəlib getmişlər. Onun anası isə (Allaha) sidq ürəkdən inanan bir qadın idi. Hər ikisi yemək yeyirdi. Bax gör ayələrimizi onlara necə bəyan edirik, sonra da gör onlar (haqdan) necə döndərilirlər.
Bünyadov-Məmmədəliyev:
Məryəm oğlu Məsih ancaq bir peyğəmbərdir. Ondan əvvəl peyğəmbərlər gəlib getmişdir. Onun anası isə çox pak (Allahın hökmlərini sidq-ürəkdən təsdiq edən) bir qadın idi. Onlardan hər ikisi (adi insanlar kimi) yemək yeyirdi. Gör Biz ayələri onlara necə başa salırıq, onlar (bu ayələrdən) gör necə üz çevirirlər.
Elmir Quliyev :
Мессия, сын Марьям (Марии), был всего лишь посланником. До него тоже были посланники, а его мать была правдивейшей женщиной. Оба они принимали пищу. Посмотри, как Мы разъясняем им знамения. А затем посмотри, до чего они отвращены от истины.
Ələddin Sultanov:
Məryəm oğlu Məsih ancaq bir peyğəmbərdir. Ondan əvvəl peyğəmbərlər gəlib-keçmişlər. Onun anası da çox dürüst bir qadın idi. Hər ikisi (adi insanlar kimi) yemək yeyərdi. Bax gör, Biz ayələri onlara necə açıqlayırıq. Sonra bax gör, onlar (haqdan) necə üz çevirirlər. (Yəhudilər Həzrət İsanın namuslu bakirə bir qadından atasız dünyaya gəldiyinə inanmayıb onun anası Həzrət Məryəmə iftira atdılar onun zinakar bir qadın olduğunu iddia etdilər. Qurani-Kərim isə İsa peyğəmbərin həqiqətən də, atasız dünyaya gəldiyini anasının da çox namuslu dürüst bir qadın olduğunu bir çox yerdə qeyd edərək bu iftiranı rədd edir. Xristianlar isə İsa peyğəmbəri anasını ilahiləşdirdilər. Quran onların da adi insanlar kimi yeyib-içdiklərinə işarə etməklə bu iddianı da rədd edir. Belə ki, əgər onlar ilah olsaydılar, yeməyə içməyə ehtiyacları olmazdı.)
Kerbelayi Malik ağa:
Məryəm oğulu Məsih (Hz. İsa) yalnız bir Rəsuldur. Ondan əvvəl rəsullar (elçilər) gəlib getmişdir. Onun anası siddiqdir (çox doğru iffətlidir). İkisi (digər insanlar kimi) yemək yeyərdilər. Bax gör, onlara ayələri necə açıqlayıb bəyan edirik. Sonra da gör, necə (Allahdan) döndərilirlər.
Ələsgər Musayev:
Məsih Məryəm oğlu, ancaq rəsuldur. Əlbəttə, ondan qabaq da gəlib getdilər rəsullar. Anası onun imanlı düzgün idi. Hər ikisi təam yeyirdilər. Nəzər sal ayətlərimizi necə onlar üçün bəyan edirik, sonra nəzər sal onlar necə üz döndərirlər!
A.Mehdiyev və D.Cəfərli:
Məryəm oğlu Məsih yalnız bir peyğəmbərdir ki, ondan əvvəl peyğəmbərlər keç(ib-get)mişlər. Onun anası çox doğruçu əməli düz bir qadın olub. Onların hər ikisi yemək yeyirdilər (dünyaya gəlməsi, peyğəmbərliyi yemək yeməsi, bunların hər üçü İncildə var. Deməli onlar Allah olmayıblar). Gör Biz ayə (Öz tovhidimizin İsanın bəndə olmasının) nişanələri(ni) necə bəyan edirik, sonra (da) gör onlar necə hara qaytarılırlar?!
Kövsər Tağıyev:
Məryəm oğlu Məsih ancaq bir peyğəmbərdir. Ondan əvvəl neçə-neçə peyğəmbərlər gəlib keçdi. Onun anası da dürüst bir qadındır. (Necə ilah ola bilərlər?) İkisi yemək yeyərdi. Gör onlara ayələrimizi necə açıqlayırıq. Sonra gör ki, necə (haqdan) üz döndərirlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Məryəm oğlu Məsih ancaq peyğəmbərdir. Ondan əvvəl peyğəmbərlər gəlib-getmişlər. Onun anası isə (Allaha) çox sədaqətli qadın idi. Hər ikisi yemək yeyirdi [adi insan idi]. Bax gör Biz ayələri onlara [müşriklərə] necə aydınlaşdırırıq! Sonra gör onlar necə (haqdan) dönürlər!
Sabirə Dünyamalıyeva:
Məryəmin oğlu Məsih, yalnız bir elçidir. Ondan əvvəl elçilər gəlib getmişlər. Anası da çox doğruçu bir qadındır. Hər ikisi yemək yeyirdi. Bax gör, onlara ayələri necə izah edirik. Sonra yenə bax gör, onlar necə döndərilirlər!