Əlixan Musayev:
Məgər sən, özlərinə: “(Müharibədən) əl çəkin, namaz qılın və zəkat verin!”– deyilən kəsləri görmədinmi? Onlara vuruşmaq vacib edildikdə, içərilərindən bir dəstəsi Allahdan qorxduqları kimi və ya daha artıq qorxu ilə insanlardan qorxdular və: “Ey Rəbbimiz! Vuruş-mağı nə üçün bizə vacib etdin? Nə olardı ki, bizə yaxın vaxtadək möhlət verəydin!”– dedilər. De: “Dünyanın ləzzəti azdır. Müttəqilər üçün isə axirət daha xeyirlidir. Sizə xurma çərdəyindəki tel qədər belə haqsızlıq edilməz”.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) O şəxsləri görmürsənmi ki, onlara (vaxtilə): “(Müharibədən) əl çəkin, namaz qılın, zəkat verin!” – deyilmişdi. Onlara cihad etmək vacib olduqda isə, içərilərindən bir qismi Allahdan qorxan kimi və ya daha artıq bir qorxu ilə insanlardan qorxuya düşərək: “Ey Rəbbimiz! Cihad etməyi nə üçün bizə vacib etdin, nə olardı ki, bizi yaxın zamana qədər (öz əcəlimiz çatana qədər) yubandıraydın! (Daha bir müddət cihadı bizə vacib buyurmayaydın!)” – dedilər. Onlara söylə: ”Dünyanın ləzzəti və faydası azdır, lakin müttəqilər üçün axirət daha xeyirlidir. Sizə (müttəqilərə) xurma çərdəyində olan nazik tel qədər belə zülm olunmayacaq!”
Elmir Quliyev
:
Разве ты не видел тех, кому было сказано: "Уберите руки (не пытайтесь сражаться), совершайте намаз и выплачивайте закят". Когда же им было предписано сражаться, некоторые из них стали бояться людей так, как боятся Аллаха, или даже более того. Они сказали: "Господь наш! Зачем Ты предписал нам сражаться? Вот если бы Ты предоставил отсрочку на небольшой срок!" Скажи: "Мирские блага непродолжительны, а Последняя жизнь лучше для того, кто богобоязнен. Вы же не будете обижены даже на величину нити на финиковой косточке".
Ələddin Sultanov:
“(Müharibədən) əllərinizi çəkin, namazı qılın və zəkatı verin!” - deyilən kimsələri görmədinmi?! Müharibə etmək onlara vacib olduqda isə onlardan bir qismi Allahdan qorxan kimi, yaxud daha da şiddətli bir şəkildə insanlardan qorxuya düşdülər və: “Ey Rəbbimiz! Müharibəni nə üçün bizə vacib etdin? Nə olardı ki, yaxın bir zamana qədər bizi təxirə salsaydın (bir müddət daha müharibəni vacib etməsəydin)”, - dedilər. (Onlara) de ki: “Dünya mənfəəti azdır (fanidir). Axirət isə müttəqilər üçün daha xeyirlidir. Sizə xurma çərdəyinin teli qədər belə haqsızlıq edilməyəcəkdir.
Kerbelayi Malik ağa:
Sən özlərinə: ‘Əllərinizi (savaşdan) çəkin, namazı qılın və zəkatı verin.’ deyilən kəsləri görmədinmi? Halbuki onların üzərinə savaş yazıldığı (fərz qılındığı) zaman onlardan bir qismi (düşmənləri olan) insanlardan Allahdan qorxmuş kimi və ya daha da çox qorxarlar və: ‘Rəbbimiz, nə üçün üzərimizə savaşı fərz qıldın, bizə yaxın bir zamana qədər möhlət versən, olmazdımı?’ dedilər. De ki: ‘Dünya mənfəəti azdır və axirət isə təqva sahibi olan kəslər üçün daha xeyirlidir. Sizə zərrə qədər (xurma çəyirdəyindəki nazik tel qədər belə) zülm edilməz.’
Ələsgər Musayev:
Ə,
görmədinmi o kəsləri ki, onlar üçün deyildi: «Əllərinizi
saxlayın və əməllərinizi islah edin və paklanmaq üçün zəkat
verin!» və amma elə ki, onların üzərinə vuruşmaq əmri
yazıldı, onda ki, firqə onlardan Allahdan çəkindikləri kimi,
ya şiddətlə insanlardan çəkindilər? Və dedilər: «Rəbbimiz! Nə
üçün Sən bizim üzərimizə vuruşmaq əmri yazdın? Əgər yaxın
əcələ qədər təxirə salsaydın!» De: «Dünya mətahı azdır və
axirət xeyirlidir o kəs üçün ki, təqvalıdır. Və zülm
olunmazsınız tel qədər!»
A.Mehdiyev və D.Cəfərli:
Məgər (cihad hökmündən qabaq Məkkədə) «(müşriklərlə döyüşdən) əl saxlayın, namaz qılın və zəkat verin» deyilən (lakin döyüşə tələsən), amma (Mədinədə) döyüş yazılan və qərara alınan zaman, bir dəstəsi insanlardan Allah qorxusu qədər və ya ondan da artıq qorxan və «ey Rəbbimiz, nə üçün bizə döyüş qərara aldın (yazdın)? Nə üçün bizə azacıq bir möhlət vermədin?» deyən kəsləri görmədinmi?! De: «Dünyanın mənfəəti azdır və təqvalılar üçün axirət daha yaxşıdır. (Orada) sizə hətta xurma çərdəyinin yarığındakı nazik tel qədər zülm olunmayacaq və haqqınızdan kəsilməyəcəkdir.»
Kövsər Tağıyev:
O kəsləri görmədinmi ki, onlara daha əvvəl: “(savaşmaqdan) əllərinizi çəkin, namazı qılın, zəkatı verin”, – deyilmişdi. Onlara savaş yazılınca dərhal aralarından bir qismi insanlardan Allahdan qorxduqları kimi hətta daha çox qorxarlar və: “Rəbbimiz! Bizə nə üçün savaş yazdın? Nə olardı ki, bizi yaxın bir zamana qədər yubandıraydın”, – deyərlər. De ki: “Dünya mənfəəti azdır. Axirət Allaha qarşı gəlməkdən çəkinən kimsə üçün daha xeyirlidir. Sizə tük qədər haqsızlıq edilməz”.
M.Qənioğlu və T.Bilaloğlu:
Sən özlərinə: "(Döyüşdən) əl çəkin, namaz qılın və zəkat verin!" - deyilmiş kəsləri görmədinmi? Onlara döyüşə girmək əmri verildikdə bir hissəsi adamlardan [kafirlərdən] Allahdan qorxduqları kimi, yaxud bundan da çox qorxaraq dedilər: "Rəbbimiz! Nə üçün bizə döyüşə girməyi əmr etdin? Nə olardı ki, bizə yaxın bir vaxta qədər möhlət verəydin!" De: "Bu dünyanın ləzzəti azdır. Axirət isə müttəqilər üçün daha xeyirlidir. Siz heç tük qədər də incidilməyəcəksiniz."
Sabirə Dünyamalıyeva:
"Əlinizi çəkin, səlatı yerinə yetirin [maddi və zehni baxımdan dəstək olma; cəmiyyəti maarifləndirmə qurumlarını yaradın, qoruyun], zəkatı/vergini verin" deyilən kəsləri görmədinmi/heç düşünmədinmi? Sonra döyüş onların üstünə yazıldıqda, aralarından bir dəstə, Allah qarşısında hörmətlə, məhəbbətlə və elmlə ürpərdikləri kimi, yaxud da bundan daha şiddətli bir tərzdə insanlar qarşısında hörmətlə, məhəbbətlə və elmlə ürpərir. Və: "Rəbbimiz, niyə döyüşü bizim üstümüzə yazdın, bizi yaxın vaxta qədər təxirə salmalı deyildinmi?" dedilər. De ki: "Dünyanın mənfəəti çox azdır. Axirət isə Allahın mühafizəsi altına daxil olan insanlar üçün daha xeyirlidir və siz ‘bir xurma çərdəyindəki nazik bir tel qədər’ belə haqsızlığa məruz qoyulmayacaqsınız.