Əlixan Musayev:
(Firona deyildi:) “İndimi? Sən ki əvvəllər asilik etmiş və fəsad törədənlərdən olmuşdun.
Bünyadov-Məmmədəliyev:
İndimi? (Bütün var-dövlətin, hakimiyyətin əlindən çıxdıqdan sonramı iman gətirirsən?) Halbuki əvvəlcə (Allaha) qarşı çıxmış və fitnə-fəsad törədənlərdən olmuşdun!
Elmir Quliyev
:
Аллах сказал: "Только сейчас! А ведь раньше ты ослушался и был одним из распространяющих нечестие.
Ələddin Sultanov:
İndimi (iman gətirdin)? Halbuki daha əvvəl (Allaha) üsyan etmişdin və fitnə-fəsad törədənlərdən idin. (Firon daha əvvəl Misirdə öz tanrılığını elan etmişdi. Onu tanrı kimi qəbul etməyənlərə isə şiddətli əzab verirdi. Xüsusilə də İsrail oğullarına əzab-əziyyət verir və onları qul kimi işlədirdi. Nəhayət, Musa peyğəmbərin və qardaşı Harun peyğəmbərin duaları Allah tərəfindən qəbul olunmuş və onlar öz qövmləri ilə birlikdə Fələstinə köçmək üçün Qızıl dənizin kənarına qədər gəlmişdilər. Əvvəlcə onların getməsinə icazə verən Firon isə fikrindən dönmüş və ordusu ilə onları təqib etmişdi. Musa peyğəmbər Allahdan gələn vəhylə əsasını dənizə vurmuş və dəniz iki yerə bölünmüşdü. İsrail oğulları həmin yerdən dənizi keçmiş, ancaq onların ardınca gələn Firon və ordusu dənizin ortasına çatdıqları zaman Allah onları suda boğmuşdu. Firon son nəfəsində iman gətirdiyi üçün onun imanı Allah tərəfindən qəbul edilməmişdir.)
Kerbelayi Malik ağa:
İndimi (təslim oldun?) Sən daha əvvəl asi (üsyankar) olmuşdun. Sən fəsad çıxaranlardan idin.
Ələsgər Musayev:
Indimi? Və əlbəttə, üsyan etdin qabaq və fəsad edənlərdən
idin.
A.Mehdiyev və D.Cəfərli:
(Ona deyildi): «İndimi (ki, tövbənin vaxtı keçmişdir)?! Halbuki, bundan qabaq itaətsizlik etdin və fəsad törədənlərdən idin».
Kövsər Tağıyev:
Bizdən onlara haqq (möcüzə) gəldikdə: “Şübhəsiz, bu, açıq-aşkar bir sehrdir”, – dedilər.
M.Qənioğlu və T.Bilaloğlu:
(Firona dedik:) "İndimi? Əvvəllər qulaq asmırdın, fitnə-fəsad törədənlərdən idin.
Sabirə Dünyamalıyeva:
İndimi? Halbuki daha əvvəl üsyan etmiş Və fitnə-fəsad törədənlərdən olmuşdun.