Əlixan Musayev:
Biz (Tövratda) onlara yazıb buyurduq ki, cana can, gözə göz, buruna burun, qulağa qulaq, dişə diş, (vurulmuş) yaralara da (yaralar) qisas alınmalıdır. Hər kəs bunu sədəqə etsə (qisasdan vaz keçsə), bu onun üçün kəffarə olar. Allahın nazil etdiyi ilə hökm verməyənlər – məhz onlar zalımlardır.
Bünyadov-Məmmədəliyev:
Biz (Tövratda İsrail oğullarına) yazıb hökm etdik ki, canın qisası can, gözün qisası göz, burununku burun, qulağınkı qulaq, dişinki diş və yaralarınkı yaralardır. Lakin hər kəs (qisası) bağışlasa, bu onun üçün bir kəffarədir (Allah onun günahlarının üstünü örtüb bağışlar. Və ya zərərdi də qisası da bağışlasa, bu, cani üçün bir kəffarədir. Haqq sahibi haqqından vaz keçib onu tələb etməsə, Allah da cinayətkarı cəzalandırmaz). Allahın nazil etdiyi (kitab və şəriət) ilə hökm etməyənlər, əlbəttə, zalımdırlar!
Elmir Quliyev
:
Мы предписали им в нем: душа — за душу, око — за око, нос — за нос, ухо — за ухо, зуб — за зуб, а за раны — возмездие. Но если кто-нибудь пожертвует этим, то это станет для него искуплением. Те же, которые не принимают решений в соответствии с тем, что ниспослал Аллах, являются беззаконниками.
Ələddin Sultanov:
Biz orada (Tövratda) onlara yazdıq ki, canın (qisası) can, gözün (qisası) göz, burnun (qisası) burun, qulağın (qisası) qulaq, dişin (qisası) dişdir. Həmçinin yaralamağın da qisası vardır. Kim onu (qisas almağı) bağışlayarsa, bu onun üçün bir kəffarədir. Kim Allahın nazil etdiyi ilə hökm verməzsə, onlar əsil zalımlardır.
Kerbelayi Malik ağa:
Onun içində (Tövratda) onlara cana can ilə, gözə göz ilə, buruna burun ilə, qulağa qulaq ilə, dişə diş ilə və yaralara qarşı qisas olduğunu yazıb fərz qıldıq. Kim onu bağışlayarsa (qisas haqqından vaz keçsə), artıq o özü üçün(günahlarına) kəffarə olar. Kim Allahın endirdiyi ilə hökm etməzsə, o təqdirdə onlar zalımlardır.
Ələsgər Musayev:
Onlar üçün
onda yazıb qərara aldıq: «Nəfs – nəfs ilə və göz – göz ilə və
burun – burun ilə və qulaq – qulaq ilə və diş – diş ilə və hər növ
yaranın qisası vardır. Kim sədəqə edir onun ilə və o, kəffarədir
onun üçün. Kim hökm etməyə nə ilə ki, nazil edib Allah -
həmin onlar zalimlərdir!
A.Mehdiyev və D.Cəfərli:
Biz o kitabda onlar üçün (belə) qərara aldıq ki, canın müqabilində can, gözün müqabilində göz, burunun müqabilində burun, qulağın müqabilində qulaq və dişin müqabilində dişdir (və bunların hər birinin qisası alınır). Yaraların da qisası vardır. Kim qisas alınmasına boyun qoysa bu, (onun həmin günahı üçün) bir kəffarədir. Kim qisas almaqdan keçsə, bu, (onun günahları üçün) bir kəffarədir. Allahın nazil etdiyinin əsasında hökm etməyənlər – məhz onlardır zalımlar!
Kövsər Tağıyev:
Onda (Tövratda) onlara bunu yazdıq: Cana can, gözə göz, buruna burun, qulağa qulaq, dişə diş qisas alınar. Yaralar üçün də qisas var. Kim də bu haqqı bağışlayar, onu sədəqə sayarsa o, özü üçün kəffarə olar. Allahın endirdiyi ilə hökm verməyənlər zalımlardır.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz orada (Tövratda) yazmışıq: cana-can, gözə-göz, buruna-burun, qulağa qulaq, dişə-diş və yaralar da qisasdır. Hər kəs bundan keçərsə, bu, onun üçün bir kəffarə olar [başqa günahlarının bağışlanması üçün bir əvəz olar]. Allahın nazil etdiyi ilə hökm verməyənlər - onlar zalımlardır.
Sabirə Dünyamalıyeva:
Və Biz, Tövratda onlara, cana can, gözə göz, buruna burun, qulağa qulaq, dişə diş yazdıq. Yaralara qisas var. Bununla birlikdə, kim qisas haqqını bağışlasa, bu özü üçün kəffarə olar. Və kim Allahın nazil etdiyi ilə hökm etməzsə, məhz onlar səhv; öz zərərinə olan əməli işləyənlərdir.